Dünya
Binəli Yıldırım prezident İlham Əliyevə başsağlığı verib
Türkiyə baş naziri Binəli Yıldırım Bakıda Narkoloji Mərkəzdə baş vermiş yanğınla əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib. B. Yıldırımın məktubunda deyilir:
Universitetdə atışma
İnsan ölərkən nələri düşünür?
Britaniyalı fizioloq və psixoloqlar ölümün astanasında olan insanların psixoloji vəziyyətini araşdırıblar. Analizlər zamanı məlum olub ki, bu dünyanı tezliklə tərk edəcəklərini anlayan insanların əksəriyyəti həyata keçməyən imkanları barədə təəssüf hiss keçirirlər. Bunlar ticari xarakteri düşüncələr deyil. Ölüm qabağı insanın gözü qarşısında keçmədiyi yollar açılır, hansı ki, ruhunu zənginləşdirə, sevdiklərinə, əzizlərinə xoşbəxtlik bəxş edə, insanlara yardıma imkan verə, müqaibilində səmimi məhəbbət və minnətdarlıq qazandıra bilərdi.
Dünyanın ən varlı şəhərinin adı açıqlandı
"New World Wealth” qlobal bazar tədqiqat qrupu tərəfindən aparılan araşdırmada dünyanın ən varlı şəhərlərinin adları açıqlanıb. Cədvələ üç trilyon dollarlıq sərvətlə Nyu York şəhəri liderlik edir. Ardınca isə London və Tokio şəhərlərinin adı çəkilib. İstanbul isə siyahıda 85-ci yerdədir. Qeyd edək ki, ardıcıllıq kriteriyasında əhalinin sərvəti əsas götürülüb.
Britaniyalı alim: "Saçları fenlə qurutmaq ziyanlı deyil!"
Belə hesab olunur ki, saçların fenlə qurudulması onlara ciddi ziyan vurur, tökülməsinə səbəb olur. Bu səbəbdən mütəxəssislər saçları təbii şəkildə qurutmağı tövsiyə edirlər. Lakin Britaniya alimi Tim Mur araşdırma zamanı sübut edib ki, əksinə fenlə saçları qurutmaq təbii şəkildə qurutmaqla müqayisədə saçlara daha az ziyan vurur.
Çin məhkəməsində ilk dəfə virtual reallıq texnologiyası tətbiq olunub
Pekin orta pilləli birinci Xalq Məhkəməsi Çində ilk dəfə qətl hadisəsinə baxılma zamanı virtual reallıq texnologiyasını rəsmən tətbiq edib. Bu barədə Çin Mərkəzi Televiziyası məlumat verib.
Quraşdırılmış proyektorla təchiz edilən “ağıllı” saat nümayiş olunub
Çinin “Haier” şirkəti “Mobile World Congress” (MWC) sərgisi çərçivəsində informasiyanı istifadəçinin əli üzərinə daxil edən quraşdırılmış proyektora malik “Asu” adlı “ağıllı” saat nümayiş etdirib.
“Ağıllı” gödəkcə insanın sağlamlıq göstəricilərinə nəzarət edəcək
Finlandiyanın "Nokia" şirkəti Barselonada keçirilən "Mobile World Congress 2018" sərgisi çərçivəsində "ağıllı" "CHASE Lifetech FR" gödəkcəsini nümayiş etdirib. Məşhur smartfon istehsalçısı tərəfindən yaradılan geyim istifadəçinin sağlamlıq göstəricilərini izləməklə onun həyatını xilas edə bilər.
Yeni virus “Android” sistemli smartfonları dinləyir
Smartfon istifadəçilərinə qarşı yeni virus hücumu qeydə alınıb. “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular dinlənilir. Bu barədə “Wandera” proqram təminatı tərtibatçısının portalında deyilir.
2018-ci ildə Avropa "ağıllı" şəhər texnologiyalarına 19 milyard dollar xərcləyəcək
“IDC” analitiklərinin proqnozuna görə, 2018-ci ildə Avropa “ağıllı” şəhər mühiti yaratmaq naminə texnologiya və təşəbbüslərə təxminən 19 milyard dollar xərcləyəcək. Gələcəkdə "ağıllı" şəhər sahəsi üzrə investisiyaların həcmi yüksələrək 2021-ci ildə 31 milyard dollara yaxınlaşacaq.
“Google” insan ölümünü proqnozlaşdırmaq üzərində işləyir
“Google”un “DeepMind” bölməsi pasiyentin vəziyyətində dəyişiklikləri öncədən xəbər verən süni intellektin yaradılması üzərində işləyir. Bu haqda “DeepMind” bölməsinin saytında məlumat verilib.
Yenə TERROR! Avstraliya səfirliyi yaxınlığında PARTLAYIŞ
Kabildə Avstraliya səfirliyinin yaxınlığında partlayış baş verib. Məlumata görə, partlayış nəticəsində səfirlik əməkdaşlarından xəsarət alan olmayıb. Avstraliyanın XİN rəhbəri Culi Bişol partlayışın terror aktı olduğunu və səfirlik əməkdaşlarına qarşı planlaşdırıldığını bəyan edib.
"Axşam evə gəlib, qapını açanda ..." - Müğənninin həyat yoldaşından İLGİNC AÇIQLAMA
Türkiyənin qocaman müğənnisi Selami Şahinin 33 illik həyat yoldaşı Didem Şahinin açıqlamaları təəccübləndirib. "Uzun müddətlik evliliyin sirri nədir?" sualına Didem Şahin mübahisə yaradacaq cavabı ilə diqqət çəkib.
“Instagram”da YENİLİK - Videozəng olacaq
“Instagram” sosial şəbəkəsində səsli və video zəng funksiyaları işə salınacaq. Məlumata görə, istifadəçilər sosial şəbəkənin “Android” versiyasında “zəng” və “videozəng” funksiyalarının işarələrini aşkar edib.
“Qazprom” Ukrayna ilə bütün müqavilələri ləğv edəcəyini açıqlayıb
Rusiyanın “Qazprom” dövlət enerji şirkəti Ukrayna ilə bütün müqavilələrin ləngimədən ləğv olunacağını bəyan edib. Bunu “Qazprom” İdarə Heyətinin sədri Aleksey Miller deyib. O bildirib ki, söhbət həm ukraynalı istehlakçılar üçün verilən qazdan, həm də Rusiya qazının Avropaya tranziti barədə Ukrayna ilə imzalanmış müqavilədən gedir. “Qazprom” Ukraynanın “Naftoqaz” dövlət şirkəti ilə bağlanmış müqavilələrin ləğvi üçün Stokholm arbitrajında dərhal müvafiq prosedurlara başlayacaq.














