Dünya

Çində ailələrə üçüncü uşaq "icazəsi" verilə bilər

4 Mart 2018 11:31

Çin hökuməti çinli ailələrə üçüncü uşağa sahib olmaq icazəsi verə bilər. Təklifi Çinin cənubundakı Quandun əyalətinin nümayəndəsi Çju Leyuy irəli sürüb. Məsələ bu ilin mart ayında Milli Xalq Konqresinin illik sessiyasında müzakirə olunacaq.

Əsəd atəşkəs qərarını pozdu -  Əhali bombardman edildi

3 Mart 2018 23:11

Bəşər Əsəd atəşkəs qərarını pozaraq öz xalqına qarşı düşmənçiliyini davam etdirir. Suriya İnsan Haqqları Şəbəkəsi (SİHŞ) ölkədə Birləşmiş Millətlər Təhlükəsizlik Şurasının (BMTŞ) “insani atəşkəs” qərarını açıqlamasına baxmayaraq 25 Fevral – 2 Mart tarixi arasında reallaşan hücumlar nəticəsində 38 uşaq, 21 qadın, 146 mülki vətəndaşın öldüyünü açıqlayıb.

Məkkədə qadınlar üçün marafon - İLK DƏFƏ

3 Mart 2018 23:06

Səudiyyə Ərəbistanının hökuməti ölkə tarixində ilk dəfə krallıq ərazisində qadınlar arasında marafon yarışının keçirilməsinə icazə verib. Qaçış marafonu bu ilin aprelində Məkkədə qapalı məkanda keçiriləcək. Marafonun baş tutacağı zalın sahibi olan "Əl-Vəhda" klubunun prezidenti Əhməd Teyib deyib ki, bu yarışda daha çox qadının iştirak etməsi üçün əllərindən gələni edəcəklər. Marafonda 18 yaşından yuxarı zərif cinsin nümayəndələri iştirak edə bilər. Qaliblərə müxtəlif hədiyyələr təqdim olunacaq.

Tramp dietaya başladı – Həkim məsləhəti

3 Mart 2018 19:58

ABŞ Prezidenti Donald Tramp həkim məsləhəti ilə dietaya başlayıb. Bununla bağlı Ağ Evdəki mənbə məlumat verib. O bildirib ki, Tramp fəsfuddan imtina edib və sağlam qiadalanmağı qarşısına məqsəd qoyub.

Müqavilə imzalandı:  Qazaxıstan nüvə silahını qadağan edir

3 Mart 2018 19:55

Qazaxıstan nüvə silahını qadağan edən müqaviləyə imza atıb. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi bəyanat verib. Müqaviləni Qazaxıstanın BMT yanında daimi nümayəndəsi Kayrat Umarov imzalayıb.

Sakinlər PKK terrorçularını kənddən qovdu - VİDEO

3 Mart 2018 19:50

Suriyanın Menbiç bölgəsində PKK terror təşkilatı döyüşçüləri gözlənilməz hadisə ilə qarşılaşıb. Menbiçin kəndlərindən birində sakinlər terrorçuların nəzarət nöqtələrinə hücum ediblər.

Neslihan Atagül: “Təkcə ayaq açmaqla...” - VİDEO

3 Mart 2018 19:03

"Kimə sual versən, pilates və yoqayla təmizləndiyini deyir. Lakin bunu praktikada görmürük. Bu işlər ayaq açmaqla olmur, beynini təmizləmək gərəkdir". Bu sözləri Neslihan Atagül deyib. O, fotoqraf Aydan Alpünün Yutub kanalının qonağı olub. Çəkiliş fotoqrafın evində baş tutub.

Dəniz sahilindəki evlər hər an təxliyə EDİLƏ BİLƏR - ŞOK XƏBƏRDARLIQ

3 Mart 2018 18:56

ABŞ-da tufan səbəbi ilə 5500-dən çox uçuş ləğv edilib. Ölkənin şimal-şərqində dünən səhər saatlarından güclü külək, tufan və şiddətli yağış müşahidə edilir. Hava şəraiti ilə əlaqədar olaraq 5536 uçuş ləğv edilib, 17 min səfərdə isə gecikmə olub. Nyu-Yorkun Con F.Kennedi Beynəlxalq Hava limanında yerli saatla saat 23:00-dan etibarən 462 uçuşun ləğv edildiyi bildirilib.

“Çoçuklar duymasın” serialının qəhrəmanları İLK DƏFƏ ÖPÜŞDÜ

3 Mart 2018 18:47

Efirə getdiyi gündən bəri böyük izləyici toplayan “Çoçuklar duymasın” serialı bu dəfə öpüş səhnəsi ilə gündəm yaradıb.

Tramp fastfuddan imtina etdi

3 Mart 2018 12:20