Şahzadə toyuna xalqı da ÇAĞIRDI

Britaniyanın taxt-tacının vərəsələrindən olan Şahzadə Harri və Amerika aktrisası Meghan Marklenin may ayındakı toyuna sadə xalqdan da qonaqlar dəvət edilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, mayın 19-da baş tutacaq toya sadə xalqdan 2640 nəfər dəvət edilib.

Bununla bağlı verilən açıqlamada bildirilib ki, həmin şəxslər gəlinlə bəyin gəliş-gedişini, eyni zamanda qonaqların saraya gəlmələri və keçid mərasimini izləyə biləcək.

Açıqlamada o da vurğulanır ki, cütlük İngiltərənin dörd bir yanından krallıq təmsilçiləri tərəfindən seçiləcək güclü, liderlik göstərmiş və cəmiyyətə xidmət etmiş 1200 gəncin də dəvətlilər siyahısına daxil edilməsini istəyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31