Çində ailələrə üçüncü uşaq "icazəsi" verilə bilər

Çin hökuməti çinli ailələrə üçüncü uşağa sahib olmaq icazəsi verə bilər. Təklifi Çinin cənubundakı Quandun əyalətinin nümayəndəsi Çju Leyuy irəli sürüb. Məsələ bu ilin mart ayında Milli Xalq Konqresinin illik sessiyasında müzakirə olunacaq.

Çin hökuməti çinli ailələrə üçüncü uşağa sahib olmaq icazəsi verə bilər. Təklifi Çinin cənubundakı Quandun əyalətinin nümayəndəsi Çju Leyuy irəli sürüb.

Məsələ bu ilin mart ayında Milli Xalq Konqresinin illik sessiyasında müzakirə olunacaq.

"İki uşaqla bağlı qanundan gözləntilərlə real effekt arasında böyük fərq var. O, əhali sayının sürətlə artmasına gətirib çıxarmayıb, əksinə, doğum səviyyəsinin azalmasına səbəb olub", - Ç.Leyuy bildirib.

Çinin Dövlət Statistika Bürosunun məlumatına görə, 2017-ci ildə Çində 17,23 milyon uşaq dünyaya gəlib. Bu, 2016-cı illə müqayisədə 630 min uşaq azdır.

"Çin üçün vacib olan məsələ yeni doğulanların sayını artırmaq məqsədilə ailə planlaşdırması siyasətinin yenidən nəzərdən keçirilməsidir", - Ç.Leyuy vurğulayıb. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31