Yenə TERROR! Avstraliya səfirliyi yaxınlığında PARTLAYIŞ
Kabildə Avstraliya səfirliyinin yaxınlığında partlayış baş verib. Məlumata görə, partlayış nəticəsində səfirlik əməkdaşlarından xəsarət alan olmayıb. Avstraliyanın XİN rəhbəri Culi Bişol partlayışın terror aktı olduğunu və səfirlik əməkdaşlarına qarşı planlaşdırıldığını bəyan edib.
2 Mart 2018 18:18 DünyaKabildə Avstraliya səfirliyinin yaxınlığında partlayış baş verib. Məlumata görə, partlayış nəticəsində səfirlik əməkdaşlarından xəsarət alan olmayıb. Avstraliyanın XİN rəhbəri Culi Bişol partlayışın terror aktı olduğunu və səfirlik əməkdaşlarına qarşı planlaşdırıldığını bəyan edib. Məlumata görə, partlayış avtomobildə quraşdırılmış əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib. Partlayışa görə heç bir terror təşkilatı məsuliyyəti üzərinə götürməyib. Trend.az