Dünya

Qəza zamanı avtobus iki hissəyə parçalandı - DƏHŞƏTLİ QƏZA- VİDEO

2 Mart 2018 12:46

Braziliyada baş verən avtomobil qəzası nəticəsində avtobus iki hissəyə bölünüb. Brazilyada işıqforu nəzərə almayan iri yük maşınının sürücüsü qarşısındakı avtobusla toqquşub.

Qonaqlardan biri anidən gəlinə yaxınlaşdı və... - Beləsi heç görülməyib- VİDEO

2 Mart 2018 12:44

Çində qeyri-adi hadisə yaşanıb. Gəlin qaynatasının qarşısında başını əyərək salam verərkən qonaqlardan biri ona qarşı hörmətsizlik edib. Belə ki, o anidən gəlinə yaxınlaşıb və zorla onun başını əyməyə başlayıb. Həmin görüntüləri anbaan təqdim edirik.

Ermənistanın yeni prezidenti seçildi - KİM?

2 Mart 2018 12:38

Ermənistan parlamentində bu gün millət vəkilləri ölkənin yeni prezidentini seçib. Məlumata görə, bu vəzifəyə Armen Sarkisyan seçilib. A.Sarkisyan daha əvvəl Ermənistanın Böyük Britaniyadakı səfiri işləyib. O, həmçinin Ermənistanın baş naziri də olub.

ABŞ-a sərt mesaj: Putini özündən çıxaran – Şok səbəblər

2 Mart 2018 12:34

Putinin “analoqu olmayan silah düzəltmişik” bəyanatı ən əvvəl diplomatiyanın, ABŞ-la aparılan qapalı danışıqların nəticəsiz qaldığını göstərir. Bu sözləri Rusiya Prezidenti Vladimir Putinin ölkəsinin yaratdığı yeni silahlarla bağlı çıxışını şərh edən politoloq Şahin Cəfərli qeyd edib.

Prezident maaşı 58% artırdı – 6 dollar oldu

2 Mart 2018 12:32

Venesuela Prezidenti Nikolas Maduro Venesuelada minimal əmək haqqını 58% artırıb. Bu informasiyanı Maduro öz Feysbuk səhifəsində paylaşıb. Bununla da ölkədə minimal əmək haqqı 392,5 min bolivara (6 dollar) çatıb.

Ölümcül zərbə üçün ƏMR GÖZLƏYİRLƏR - “Mehmetcik” şəhər döyüşlərinə BAŞLAYIR

2 Mart 2018 12:31

Yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsində başladığı “Zeytin budağı” əməliyyatının birinci mərhələsi 120 kilometrlik Azez-Deyr Ballut xəttinin PKK/PYD terrorçularından təmizlənməsi ilə başa çatdı.

Erməni hərbçiləri Qarabağda narkotik qaçaqmalçılığı ilə məşğul olur

2 Mart 2018 12:23

İşğal altında olan ərazilərimizdə Ermənistan ordusu nümayəndələrinin narkotik qaçaqmalçılığı ilə məşğul olmaları barədə dəfələrlə məlumatlar yayılıb və bu haqda müxtəlif beynəlxalq təşkilatlar hesabatlar hazırlayıb. Bu günlərdə işğalçı ordunun daha bir hərbi qulluqçusu narkotik vasitə daşıyarkən saxlanılıb. 

Rusiyanın bir hissəsində fövqəladə vəziyyət elan olundu - Nə baş verir?

2 Mart 2018 12:16

Rusiyanın Yujno-Saxalinsk şəhərində güclü siklonla əlaqədar fövqəladə vəziyyət elan edilib. Məlumata görə, siklon qasırğa və güclü qarla müşayiət olunur. Şəhərdə görünüş məsafəsi sıfra bərabər olduğu üçün nəqliyyatın hərəkəti dayandırılıb.

12 yaşlı qız özünü tövlədə asdı - Səbəb

2 Mart 2018 11:47

"Mavi balina" oyunu oynayan 12 yaşlı qız intihar edib.  Ukraniyanın Rudka vilayətində yaşayan Anastasiya Kislukadlı qız özünü həyətlərindəki tövlədən asıb. O, özünü öldürməzdən öncə Youtube-də intihar videolarını izləyib.

2295 terrorçu məhv edilib

2 Mart 2018 11:35

Türk Silahlı Qüvvələrinin və Azad Suriya Orsdusu Suriyanın Afrin şəhərində birgə həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı davam etdirilir. Olaylar.az bildirir ki, ötən gecə əməliyyat zamanı silahlı qüvvələr ATAK helikopteri vaistəsilə Afrin şəhərinin qərbində 9 terrorçunu zərərsizləşdiriblər. Ümümilikdə isə əməliyyat zamanı qüvvələr 2295 terrorçunu məhv edib.

Alimlərdən delfinlərlə bağlı maraqlı araşdırma

2 Mart 2018 11:24

Boz delfinlər ovun yerini müəyyənləşirmək üçün analiz apara bilir. Məlumata görə, bu onlara əvvəlki təcrübələrini nəzərə alaraq, yeni plan qurmağa imkan verir. Bu nəticəyə gəlmək üçün amerikalı və ingilis alimlər araşdırma aparıblar.

Putinə cavab gecikmədi: ABŞ 2019-cu ildə...

2 Mart 2018 11:15

ABŞ hipersəsli texnologiyalar sahəsində iş aparır. Belə tipli silahın sınaq uçuşları 2019-cu ildə başlanacaq. Bu haqda ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) perspektivli tədqiqat layihələrinin idarəetmə başçısı Stiven Uoker bildirib.

Nişanlı şəhidin mesajı ÜRƏK DAĞLADI - Qismətdə varsa... - VİDEO 

2 Mart 2018 11:06

Türkiyə Silahlı Qüvvələrinin Afrində davam etdirdiyi "Zeytun budağı" əməliyyatında şəhid olan çavuş Arif Demirelin Facebook-da paylaşdığı "Qismətdə varsa, sevdiklərimizin yanına dönərik" yazısı ürəkləri dağlayıb.