Dünya

8 min avroya satılan konfet!

25 Mart 2018 15:46

Dünyanın ən bahalı konfeti Portuqaliyanın Obiduş şəhərində keçirilən şokolad festivalında nümayiş etdirilib. Bu şirniyyatın qiyməti 7728 avrodur. Portuqaliyalı şirniyyat ustası Daniel Qomeşin hazırladığı konfet romb şəklindədir. Konfetin qiyməti onun inqrediyentlərinə görə bahadır. Bura zəfəran, ağ trüfel, Madaqaskar vanili və s. daxildir.

Kataloniya lideri Almaniyada saxlanıldı

25 Mart 2018 15:36

İspaniyanın Kataloniya muxtar vilayətinin mühacirətdə olan sabiq rəhbəri Karles Puçdemon saxlanılıb.

Rusiyada dəhşətli yanğın: 4 uşaq öldü

25 Mart 2018 15:31

Rusiyanın Kemerovo şəhərində yerləşən “Qış albalısı” adlı ticarət-əyləncə mərkəzində güclü yanğın baş verib. Xilasetmə xidmətinin əməkdaşlarının “İnterfaks”a verdikləri məlumata görə, yanğın zamanı binada olan 4 uşaq həlak olub.

Pakistanda festivalda partlayış: Yaralılar var

25 Mart 2018 15:21

Pakistanın Dera-İsmayıl-Xan şəhərində keçirilən festival zamanı naməlum şəxs səhnəyə əl qumbarası atıb. Bu barədə “Ekspres Tribun” qəzeti məlumat verib.

Qarabağda külək erməni əsgərini öldürdü

25 Mart 2018 15:17

Azərbaycanın işğal altında saxlanılan Dağlıq Qarabağ ərazisində 19 yaşlı erməni əsgər Armen Amayakoviç Arutyunyan ölüb. Bu barədə erməni mediası məlumat yayıb.

Afrində ələ keçən17 yaşlı terrorçudan - Şok etiraflar

25 Mart 2018 11:21

Afrində ələ keçən 17 yaşlı terrorçu Terror Təşkilatının bəzi sirlərini açıb.  “Zeytun budağı” əməliyyatı çərçivəsində Afrində yaralı halda ələ keçən 17 yaşlı terrorçu təşkilatın xain planları haqda məlumat verib.

Putin necə işləyəcəyini bilir - Peskov

25 Mart 2018 11:15

Rusiya Prezidenti Vladimir Putin öz postunda necə işləyəcəyini bilir. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

ABŞ-da qadağan olunmuş dərmanları satan ermənilər saxlanıldı - FOTO

25 Mart 2018 10:05

ABŞ-ın Kaliforniya ştatında, Qleyndeldə qadağan olunmuş dərmanları satan ermənilər saxlanılıb. Bu barədə Qleyndel polisi bildirib. Polisin məlumatına görə, hüquq-mühafizə orqanlarına iki nəfərin narkotik tərkibli dərman satması barədə zəng daxil olub. Bundan sonra asayiş keşikçiləri Cofri Daftyan və Boris Mxitaryanı izləməyə başlayıblar. Qadağan olunmuş dərmanların satışı zamanı polis 3 nəfəri yaxalayıb. Onlardan 400 dollar nagd pul və 100 şüşə "Alprazolam" müsadirə edilərək götürülüb.

"Avroviziya"nın ilk qalibi dünyasını dəyişdi

25 Mart 2018 09:57

İsveçrənin estrada müğənnisi, 1956-cı ildə dünyada "Avroviziya"nın ilk qalibi olmuş Liz Assia vəfat edib. Bu barədə "Blick" qəzetinə müğənninin keçmiş katibi xəbər verib. Bildirilir ki, Liz Assia Sürixin rayonlarından birindəki xəstəxanada 94 yaşında dünyasını dəyişib. Qeyd edək ki, o, "Refrain" mahnısı ilə karyerasında ən böyük uğura nail olaraq, "Avroviziya"nın ilk qalibi kimi tarixə düşüb.

Parlament seçkiləri - Türkmənistanda

25 Mart 2018 09:50

Türkmənistanda parlament seçkilərində səsvermə başlanıb. Seçki məntəqələri yerli vaxtla saat 07:00-da, (Bakı vaxtı ilə saat 6:00-da) açılıb. Parlamentdə 125 yerə partiyalar və vətəndaşlar qrupları tərəfindən irəli sürülmüş 284 namizəd iddia edir. Ölkədə 3,2 milyondan çox seçici qeydə alınıb. Səsvermə 2,6 min seçki məntəqəsində keçiriləcək. Onlardan 39-u xaricdə diplomatik nümayəndəliklər və konsulluqlarda açılıb.