Rusiyada FACİƏ: 37 ölü, 40-dan çox yaralı, itkin düşənlər də var - VİDEO

Rusiyanın Kemerovo şəhərindəki dördmərtəbəli "Qış albalısı" ticarət mərkəzində yanğın baş verib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, yanğın binanın 4-cü mərtəbəsində yerləşən batut zalında başlayıb.

Hadisə nəticəsində 37 nəfər ölüb. 40-dan çox yaralı var. 20 nəfərin xilas, 100 nəfərin təxliyə edildiyi bildirilir. Təsdiqlənməmiş məlumata görə, hadisə zamanı 70-dək insan itkin düşüb.

Rusiya Fövqəladə Hallar naziri Vladimir Puçkov prezident V.Putinin tapşırığı ilə Kemerovoya yollanıb.

Ticarət mərkəzindəki yanğın lokallaşdırılıb.

İnsidentin səbəbləri araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31