Kataloniya lideri Almaniyada saxlanıldı
İspaniyanın Kataloniya muxtar vilayətinin mühacirətdə olan sabiq rəhbəri Karles Puçdemon saxlanılıb.
25 Mart 2018 15:36 Dünyaİspaniyanın Kataloniya muxtar vilayətinin mühacirətdə olan sabiq rəhbəri Karles Puçdemon saxlanılıb. Belçikadan Finlandiyaya gedən K. Puçdemon Almaniyanın Danimarka ilə sərhədində Almaniya polisi tərəfindən saxlanılıb.
Qeyd edək ki, 27 oktyabr 2017-ci ildə Kataloniya parlamenti regionun müstəqilliyi barədə qətnamə qəbul edib. Bir saatdan sonra isə İspaniya Senatı Konstitusiyanın 155-ci maddəsinin tətbiqi barədə qərar qəbul edib. Nəticədə Kataloniya hökuməti və parlamenti buraxılıb, regiona müvəqqəti rəhbər təyin olunub. Həmin il noyabrın 3-də İspaniya Milli Məhkəmə Palatası K. Puçdemonun həbsinə Avropa orderi verib. Belçikaya qaçmış K.Puçdemon və daha 4 nəfər noyabrın 4-də Brüsseldə polisə təslim olub. Məhkəmə onları şərti azadlığa buraxıb. Onlara Belçikanı tərk etmək qadağan edilib. Virtualaz.org xarici KİV-ə istinadən xəbər verir.