Parlament seçkiləri - Türkmənistanda
Türkmənistanda parlament seçkilərində səsvermə başlanıb. Seçki məntəqələri yerli vaxtla saat 07:00-da, (Bakı vaxtı ilə saat 6:00-da) açılıb. Parlamentdə 125 yerə partiyalar və vətəndaşlar qrupları tərəfindən irəli sürülmüş 284 namizəd iddia edir. Ölkədə 3,2 milyondan çox seçici qeydə alınıb. Səsvermə 2,6 min seçki məntəqəsində keçiriləcək. Onlardan 39-u xaricdə diplomatik nümayəndəliklər və konsulluqlarda açılıb.
25 Mart 2018 09:50 DünyaTürkmənistanda parlament seçkilərində səsvermə başlanıb. Seçki məntəqələri yerli vaxtla saat 07:00-da, (Bakı vaxtı ilə saat 6:00-da) açılıb.
Parlamentdə 125 yerə partiyalar və vətəndaşlar qrupları tərəfindən irəli sürülmüş 284 namizəd iddia edir. Ölkədə 3,2 milyondan çox seçici qeydə alınıb. Səsvermə 2,6 min seçki məntəqəsində keçiriləcək. Onlardan 39-u xaricdə diplomatik nümayəndəliklər və konsulluqlarda açılıb.
Seçkilər birmandatlı dairələr üzrə keçirilir. Deputatlar beş il müddətinə seçilirlər.
Türkmənistanda seçici fəallığı üçün minimum hədd yoxdur. Buna görə də seçicilərin istənilən fəallığı zamanı seçkilər baş tutmuş hesab ediləcək. Publika.az