İspaniyada QARŞIDURMA: 50 yaralı
26 Mart 2018 07:07 Dünyaİspaniyanın Kataloniya bölgəsində polislə etirazçılar arasında baş verən toqquşmalarda 52 nəfər xəsarət alıb.
Publika.az xəbər verir ki, 3 nəfərin polis tərəfindən saxlanıldığı bildirilir. İğtişaşlar zamanı 4 polis əməkdaşı yaralanıb.
Məlumata əsasən, 46 etirazçı Barselonada, daha 2-si isə Merida şəhərində xəsarət alıb. Yaralıların həyatına təhlükə olmadığı bildirilir.
Qeyd edək ki, etirazlara ötən gün Kataloniya Muxtariyyətinin sabiq rəhbəri Karles Puçdemonun Almaniya polisi tərəfindən saxlanılması səbəb olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31