Rusiyada dəhşətli yanğın: 4 uşaq öldü

Rusiyanın Kemerovo şəhərində yerləşən “Qış albalısı” adlı ticarət-əyləncə mərkəzində güclü yanğın baş verib. Xilasetmə xidmətinin əməkdaşlarının “İnterfaks”a verdikləri məlumata görə, yanğın zamanı binada olan 4 uşaq həlak olub.

Rusiyanın Kemerovo şəhərində yerləşən "Qış albalısı" adlı ticarət-əyləncə mərkəzində güclü yanğın baş verib. Xilasetmə xidmətinin əməkdaşlarının "İnterfaks"a verdikləri məlumata görə, yanğın zamanı binada olan 4 uşaq həlak olub. "Uşaqların cəsədləri kinoteatrın zalından tapılıb", - əməkdaşlardan biri deyib. Kemerovo vilayətinin qubernatorunun müavini Vladimir Çernov yanğının kino zallarının birində başladığını bildirib. Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31