Pakistanda festivalda partlayış: Yaralılar var
Pakistanın Dera-İsmayıl-Xan şəhərində keçirilən festival zamanı naməlum şəxs səhnəyə əl qumbarası atıb. Bu barədə “Ekspres Tribun” qəzeti məlumat verib.
25 Mart 2018 15:21 DünyaPakistanın Dera-İsmayıl-Xan şəhərində keçirilən festival zamanı naməlum şəxs səhnəyə əl qumbarası atıb. Bu barədə "Ekspres Tribun" qəzeti məlumat verib.
Hadisə zamanı 24 nəfərin yaralandığı bildirilib. Yaralılar arasında bir neçə uşaq və təhlükəsizlik xidmətinin iki əməkdaşı da var. Şahidlərin sözlərinə görə, naməlum şəxs qumbaranı səhnənin arxasından tullayıb. Təhlükəsizlik orqanları ərazini mühasirəyə alıb. Polis şübhəli şəxsi axtarır. Axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31