Dünya

Məşhur “H&M” müflis olmağın astanasında

28 Mart 2018 16:25

İsveçin məşhur “H&M” mağazalar şəbəkəsi 2018-ci ilin birinci rübündə gəlirlərinin 44 faiz azaldığını bildirib. Məlumata görə, bu göstərici şirkətin son 20 il ərzində ən aşağı göstəricisi olub. Ötən ilin sonunda şirkətin anbarlarında 4 milyard dollardan çox məbləğdə satılmayan mal qalıb.

Belarusda da matəm günü elan edildi

28 Mart 2018 16:22

Rusiya ilə həmrəylik nümunəsi olaraq, Belarusda da bu gün – martın 28-i matəm günü elan olunub. Bu barədə ölkə prezidenti Aleksandr Lukaşenko fərman imzalayıb.

Türkiyə-ABŞ danışıqlarının vaxtı açıqlandı

28 Mart 2018 16:17

Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri Ümit Yalçın Suriyanın hazırda terrorçuların nəzarəti altında olan Menbiç əyaləti ilə bağlı məsələni müzakirə etmək üçün martın 30-da ABŞ-a səfər edəcək.

Rusiyada vəhabilik qadağan oluna və terrorçu ideologiya elan oluna bilər

28 Mart 2018 16:16

Rusiya Dinlərarası Şurası federal qurumlara ölkədə fəaliyyət göstərən bütün vahabi təşkilatlarını ekstremist elan etmək xahişi ilə müraciət edib.

Türkyədə şirkət qurmaq asanlaşdı və UCUZLAŞDI

28 Mart 2018 16:13

Türkiyədə şirkətlərin qeydiyyatdan keçməsi prosesi sadələşdiriləcək. Məlumata görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım bildirib. Baş nazirin sözlərinə görə, əvvəllər prosedurların sayı çox idi, notarial qaydada təsdiqi də tələb olunurdu. Bundan sonra şirkətlərin "Elketron hökumət" vasitəsilə qeydiyyatı mümkün olacaq. B.Yıldırım daha sonra qeyd edib ki, əgər əvvəllər şirkəti qeydiyyatdan keçirmək üçün 1,9 min lirə lazım idisə, indi bu məbləğ 650 lirəyə endirilib.

Rusiyadakı yanğında ölənlərin sayı 78-ə çata bilər

28 Mart 2018 16:08

Rusiyanın Kemerovo şəhərində “Qış albalısı” ticarət mərkəzində baş verən yanğında ölənlərin sayı 78-ə çata bilər. Vilayətin bölgənin birinci vitse-qubernatoru Vladimir Çernov deyib ki, hakimiyyət orqanları vətəndaşların təşəbbüs qrupundan bu barədə daxil olmuş məlumat üzərində işləyirlər.

Ermənilər bunun üçün 1283 il gözləyəcəklər – ŞOK İDDİA

28 Mart 2018 15:30

Martın 24-də Ermənistanın baş naziri Karen Karapetyan parlamentə baş çəkdi. O, çox kədərli idi və ümidini itirmiş insan təsiri bağışlayırdı. Bunu tamamilə belə izah etmək olar: çünki o, bundan sonra de-yure baş nazirdir və de-fakto onu heç kim baş nazir kimi qəbul etmir.

184 milyard dollarınız olsa nə edərdiniz?

28 Mart 2018 14:56

Əgər Tesla satış üçün bazar dəyərinə çıxarsa İlon Mask tarixin ən böyük satış məbləğini əldə edəcək. Bəs İlon Mask bu məbləğlə nələr etmək istəyir? Yaxtalar almaq? Bir futbol komandasının sahibi olmaq? Lüks tətillərə çıxmaq? Xeyr, bunların heç biri İlon Maskın istəkləri deyil və bu cür lüks onu özünə cəlb etmir. Onun tək istəyi ulduzlara, planetlərə çatmaqdır. 

Münbiç üçün SON QƏRAR verilə bilər – Vaşiqntonda GÖRÜŞ

28 Mart 2018 14:31

Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri Ümid Yalçın martın 30-da ABŞ-a gedəcək. Səfər zamanı Münbiçin PKK terror təşkilatından təmizlənməsi ilə bağlı müzakirələr aparılacaq. ABŞ dövlət katibinin köməkçisi Con Sullivan ilə keçiriləcək görüşdə həmçinin, Türkiyə-ABŞ münasibətləri, regional və beynəlxalq mövzular müzakirə ediləcək.

Monteneqro da rusiyalı diplomatı ölkədən çıxarır

28 Mart 2018 14:29

Monteneqro da bu gün bir rusiyalı diplomatın ölkədən çıxarılması barədə qərar verib. Məlumata görə, ölkə rəhbərliyi bu qərarın Skripalın işi ilə əlaqədar olduğunu bəyan edib.

Təyyarələr toqquşdu

28 Mart 2018 14:09

İsrailin paytaxtı Təl Əvivdə təyyarələr toqquşub. Olaylar.az bildirir ki, hadisə Ben Gurion hava limanında baş verib. Alman Hava Yollarına məxsus Germanwings şirkətinin təyyarəsi İsrail Hava Yollarına məxsus təyyarə ilə toqquşub.

Ukrayna da onlara qoşuldu - 13 rusiyalı diplomat ölkəni tərk edir

28 Mart 2018 13:57

Ukraynada persona non-qrata elan edilmiş 13 rusiyalı diplomat bu gün ölkəni tərk edəcək. Məlumata görə, Ukrayna hökumətinin diplomatlar qarşısında qoyduğu 48 saat müddəti başa çatır.

Qayınananın kürəkənlə intim münasibəti faciə ilə nəticələndi

28 Mart 2018 13:53

Türkiyədə insest münasibət (yaxın qohumlar arasında cinsi əlaqə) ölümlə nəticələnib. Əri ölən qayınanası ilə intim münasibətdə olan kürəkən əlaqələri üzə çıxdıqdan sonra üstünə gələn arvadının dayısını öldürüb.

Səfirliklərdə kəşfiyyatçılarımız var – Narışkin etiraf etdi

28 Mart 2018 13:47

Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşları arasında Xarici Kəşfiyyat Xidmətinin zabitləri var. Bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.