Dünya
Norveç Arktikanı yüksəksürətli internetlə təmin edəcək
Çağladan həbsi ilə bağlı ilk açıqlama
Tanınmış model-aparıcı Çağla Şikel vergidən yayındığı üçün 3 ildən 5 ilədək həbs olunması xəbərinə münasibət bildirib. Model İnstarqram hesabında yazıb: "Hörmətli media nümayəndələri, mən bu günə qədər vergiləri vaxtında ödəyən vergi ödəyicisi olmuşam. Ancaq keçmiş mühasibim Erdal Doğan vergiləri azaldaraq, oğurluq edib.
Hamilə olduğunu təsdiqlədi: "Ad da fikirləşməyə başlamışıq"
Ötən il "Beşiktaş"lı futbolçu Caner Erkinlə ailə quran aktrisa Şükran Ovalı hamiləlik xəbərini təsdiqləyib. Aktrisa hər şeyin yolunda getdiyini deyib: "Hər şey yolundadır. Ad da fikirləşməyə başlamışıq". Son dərəcə xoşbəxt olduğunu deyən Şükran uşağının cinsiyyətini də açıqlayıb. Ovalı qız anası olacağını deyib.
Rusiyada avtosalonda güclü yanğın - VİDEO
Sank-Peterburqda avtosalonda yanğın baş verib. Hadisə "Нyundai" avtosalonunda qeydə alınıb. İlkin məlumata görə, yanğın 20 kvadrat metrlik sahəni əhatə edib.
Məşhur sovet aktyoru öldü
Sovet kino və teatr aktyoru, bir sıra mahnıların müəllifi və ifaçısı Oleq Anofriyev həyatının 88-ci ilində vəfat edib. Bu barədə RT teleaparıcı Aleksandr Oleşkoya istinadən informasiya yayıb. Məşhur aktyor uzun müddət davam edən xəstəlikdən sonra dünyasını dəyişib. “Ən təəccübləndirən və gözəl aktyorlarımızdan biri, uşaqlığımızın səsi idi. Matəm günündə uşaqların qoruyucu mələyi yanlarına uçdu. Bu rəmzi məna daşıyır”, - Oleşko bildirib.
Özcanın "anası" ondan inciyib: "Heç olmasa, arada zəng edib..."
"Asmalı konak" serialında Özcan Dənizin anası rolunu canlandıran aktrisa Selda Alkor aktyordan inciyib. Aktrisa buna səbəb kimi Özcanın serial bitəndən sonra bir dəfə də olsun onu axtarmamasını göstərib: "Heç olmasa, arada zəng edib "Necəsən?" deyə soruşaydı.
Dünyanın ən xəsis qadını Kate Hashimoto
Yaponiyalı Kate Hashimoto New Yorkda yaşayır. O, 1998 - ci ildən etibarən paltarlara bir sent belə olsun xərcləməyib. Zibilliklərdən tapdığı və paltar dəyişmə bazarlarından əldə etdiyi paltarları geyinir. Paltarla bərabər yuyucu tozlara da pul verməyən Kate Hashimoto duş alarkən paltarlarınıda özü ilə bərabər yumağı seçir. Evinədə heç bir əşya almadığından evidə tamamilə zibilliklərdən tapdığı əşyalarla doludur. Kate təbii qazdan və işıqdan istifadə etmir çünki yeməkləri zibillikdən tapdığı üçün bişirməyədə ehtiyac qalmır. Tapdığı salfetkaları isə atmadan yenidən istifadə edir.
Tanınmış müğənninin ailəsi qəzaya düşdü: anası öldü - VİDEO
Dünən həyat yoldaşı ilə birlikdə uğradığı qəzada ağır yaralanan müğənni Resul Dindarın anası Meliha Dindarı həkimlərin səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb.
Dünya elmində mühüm kəşf: İnsanın yeni orqanı tapıldı
Toy gecəsi xilas edilən "gəlin": Burada onun qadağan olduğunu bilmirdik - VİDEO
Türkiyənin Mardin şəhərində 14 yaşlı suriyalı qız zorla ərə verildiyi üçün toy gecəsi polisin təşkil etdiyi əməliyyat sonrası dövlətin himayəsinə verilib. 14 yaşlı D.K. və ailəsi ilk dəfə bu barədə açıqlama veriblər.
Rusların Gümrüyə hərbi polis göndərməsi erməniləri xoflandırdı
Rusiya marıtn 26-da Ermənistanın Gümrü bölgəsində yerləşən 102-ci hərbi bazasına hərbi polis dəstəsini və İrəvan şəhərinə xüsusi qarnizon göndəriləcəyini açıqlayıb. Elan olunduğu üzrə bu dəstələr hərbi hissələrdəki nizam-intizamın qorunmasını təmin etməlidirlər.
İtaliyada limanda partlayış
İtaliyanın Livorno şəhərindəki limanda partlayış baş verib. Məlumata görə, hadisə nəticəsində bir neçə fəhlə xəsarət alıb.
Bitcoin alğı - satqısı ilə məşğul olan iki imam vəzifədən azad edildi
Türkiyənin Zonquldaq şəhərində virtual pul vahidi olan "bitcoin" alqı-satqısı ilə məşğul olma səbəbiylə şikayət edilən iki imam, haqqlarında açılan istintaqdan sonra vəzifədən azad edilib.
Kemerovoda yanan ticarət mərkəzinin rəhbəri həbs edildi
Kemerovo vilayət məhkəməsi "Zimnyaya vişnya" ticarət mərkəzindəki yanğınla bağlı mərkəzin rəhbəri Nadejda Suddenokun həbs edilməsi barədə qərar çıxarıb. Məlumata görə, o, məhkəmə zalından həbs olunub. Məlumata görə, qərarla N.Suddenok 1 ay 29 gün müddətinə, yəni mayın 25-ə qədər həbsdə olacaq.
Daha bir ölkə anti-Rusiya ittifaqına qoşuldu
Slovakiya konsultasiyalar üçün Rusiyadakı səfirini geri çağırır. Bu haqda ölkənin Xarici İşlər Nazirliyinin başçısı Miroslav Layçak jurnalistlərə bildirib. Layçakın sözlərinə görə, Slovakiya 20 il ərzində ilk dəfə diplomatik missiyanın rəhbərini Rusiyadan çağırır. Bu, “Skripal işi” üzrə Londonun Moskvanın ünvanına səsləndirdiyi ittihamlarla bağlıdır.






.jpg)







