Dünya

Bu ölkə rus diplomatlarını qovmaqdan imtina etdi

29 Mart 2018 09:13

Rəsmi Vyana Böyük Britaniyanı rus diplomatlarını çıxardan ölkələrə təsir etməkdə ittiham edib. Avstriyanın Xarici İşlər naziri Karin Knaysl deyib ki, Britaniyanın Vyanadakı səfiri birmənalı şəkildə hökümətə təsir göstərərək rus diplomatlarını ölkədən çıxarmağa çağırıb. Avstriya höküməti analoji addımı atmaqdan imtina edib.

Rusiyada növbəti HƏYACAN - 131 nəfər təxliyə edildi

29 Mart 2018 09:11

 Rusiyanın Krasnodar şəhərində xəstəxanada tüstüləmə olub. Hadisə səbəbindən 19 xəstəxananın əməkdaşı olmaqla 131 nəfər təxliyə edilib.

Simsiz diş sensoru qidanın kimyəvi tərkibini müəyyənləşdirəcək

29 Mart 2018 09:09

ABŞ-ın Tafts Universitetində çalışan mühəndislər qrupu tərəfindən hazırlanmış dişə bərkidilə bilən yığcam simsiz sensor qidanın kimyəvi tərkibini müəyyənləşdirmək qabiliyyətinə malikdir. Qurğunun enerji ilə doldurulması və məlumatların ötürülməsi üçün ona passiv antenna quraşdırılıb.

İsveçrə də sanksiyalarına qoşuldu

29 Mart 2018 08:59

sveçrə Avropa İttifaqının Venesuelaya qarşı sanksiyalarına qoşulub. Bu barədə İsveçrənin İqtisadiyyat üzrə Federal Katibliyinin məlumatına deyilir.

Həbsxanada QİYAM və YANĞIN

29 Mart 2018 08:58

Venesuelanın Karabobo ştatında həbsxanada baş vermiş qiyam və yanğın nəticəsində 78 nəfər ölüb. Ölənlərdən 68-in kişi, 10-un qadın olduğu bildirilir.

Amerika şirkətləri Trampla işləməkdən imtina etdilər

29 Mart 2018 08:47

ABŞ-ın bir neçə aparıcı hüquq şirkəti prezident Donald Trampla Rusiyanın mümkün əlaqələri haqqında iş üzrə dövlət başçısı ilə işləməkdən imtina edib. Bu haqda CNN telekanalı bildirib.

Üçölçülü printerdə ilk avtomobil çap olunub

28 Mart 2018 19:40

Almaniyanın “Siemens” konserninin mütəxəssisləri Kaliforniyanın “Hacrod” şirkətinin ekspertləri ilə birlikdə üçölçülü printerdə ilk avtomobil çap ediblər.

Kompüterlərin sürətləndirilməsi üçün yeni texnologiya hazırlanıb

28 Mart 2018 19:30

İsrailin Yerusəlim Yəhudi Universitetinin alimləri kompüterlərin işləmə sürətini 100 dəfə artırmağa imkan verən texnologiya hazırlayıblar.  

Yaddaşın işini yaxşılaşdıran çip yaradılıb

28 Mart 2018 18:54

Cənubi Kaliforniya Universitetinin alimləri yaddaşın işini yaxşılaşdıran çipi insan beyninə uğurla implantasiya etməyə müvəffəq olublar. Pentaqon tərəfindən maliyyələşdirilmiş müvafiq tədqiqat “Journal of Neural Engineering” nəşrində dərc edilib.