Dünya
Müğənniyə ölən anasından ismarıc gəldi: "Borcumu ödə"
Müğənni Can Bonomoya 2011-ci ildə xərçəng xəstəliyindən ölən anası Günəş Bonomodan Facebook mesajı gəlib. Gördükləri qarşısında təəccüblənən müğənni daha sonra anasının social şəbəkə hesabının hakerlər tərəfindən ələ keçirildiyini anlayıb. Mesajda deyilir: “Oğlum, mən ananam. Necəsən? Bu şəxsi sirrimiz olsun. Buradan da əlaqə qurmaq imkanımız var. Mən yaxşıyam. Ölməzdən əvvəl bir nəfərə borcum var idi. Sənə bank hesabını göndərsəm, 10 min avro ödəyərsən? Mən ananam, günəş kimi parlaq ol”.
Bir ildə 22 insanı yedi - Ürəyi zəif olanlar baxmasın- VİDEO
Hindistanın Lakhimpur Kheri bölgəsində bir ildə 22 nəfəri öldürən pələng kəndlilər tərəfindən yaxalanaraq öldürülüb.
Fransada TERROR? - Sürücü avtomobili hərbçilərin üzərinə sürüb
Fransanın İzer departamentində sürücü avtomobili bir qrup hərbçinin üzərinə sürüb. Məlumata görə, hadisə kazarma yaxınlığında hərbçilərin səhər idmanı zamanı baş verib. Hadisə zamanı xəsarət alan olmayıb. Sürücü hadisə yerindən uzaqlaşa bilib. Hazırda bu insidentin terror aktı olub-olmaması araşdırılır. Sürücünün axtarışları davam edir.
ABŞ-dan Ermənistana AĞIR ZƏRBƏ – Tramp imzaladı
ABŞ prezidenti Donald Tramp Konqres tərəfindən daha əvvəl bəyənilmiş Amerika büdcəsinin layihəsini imzalayıb. Ermənistan Gürcüstandan və Ukraynadan fərqli olaraq, maliyyə köməyi almayacaq. Gürcüstana ən azı 105 milyon 325 min, Ukraynaya isə 420 milyon 700 min dollar maliyyə köməyinin göstərilməsi nızərdə tutulur. Bu məbləğə Ukraynaya ayrılan 200 milyonluq hərbi yardım daxil deyil.
Seçki kampaniyasının aparıcı rəsmisi ilə işləyən QRU zabiti deşifrə edildi
ABŞ prezidenti Donald Trampın seçki kampaniyasının aparıcı rəsmisi 2016-cı ilin prezident seçkisi kampaniyasının son həftələrində biznes ortağı, Rusiyanın keçmiş kəşfiyyat zabitiylə tez-tez kommunikasiyaya girirmiş. Bunu bir neçə gün əvvəl açılmış məhkəmə sənədləri üzə çıxarıb.
ABŞ, İsrail, İran və... - Bu qərarlar III Dünya müharibəsini BAŞLADACAQ
“Üçüncü dünya müharibəsini teosiyasi düşüncəyə sahib insanlar çıxardacaq. Geosiyasət coğrafiyanın təsiri altında formalaşdığı halda, teosiyasət teoloji – din və inancların təsiri altında formalaşır”.
Rumıniyada atom elektrik stansiyasında QƏZA
Qarabağda üç erməni hərbçi öldü, ikisi yaralandı
İşğal altında olan Qarabağda erməni hərbçilər minaya düşüb. Bir necə saat öncə işğal altında olan Qarabağda mina partlayışı baş verib. Məlumata görə, Ağdərə şəhərinin yaxınlığında yerləşən neytral zonada "Niva" markalı avtomobil minaya düşüb.
Keşişin zorladığı qız öldü - 4 yaşından bəri 10 il boyunca ... - VİDEO
Cənubi Kiprdə bir keşişin 4 yaşından bəri 10 il boyunca zorladığı Elena Franci (29) adlı qızın evində ölü tapılması ölkəni qarışdırıb. Təqsirləndirilən keşişin cəzasını çəkdikdən sonra yenidən vəzifəyə gətirildiyi ortaya çıxıb. Baş prokurorluq məsələ ilə bağlı istintaqa başlayıb.
Məşhur bəy İNTİHARA cəhd göstərdi
Türkiyədə yayımlanan evlilik proqramında məşhurlaşan və ölkənin “meşhur damadı” adını qazanan Caner Toyer intihara cəhd göstərib. Olaylar.az bildirir ki, gecə gec saatlarda sosial media hesabında “son sözlər gözəldir. İntihar həll deyil. Əksinə gücsüzlükdü, məğlubiyyətdi” sözlərini paylaşan məşhur bəy xəstəxanaya çatdırılıb.
Türkiyədə dollar şoku - Azərbaycanda nələr ucuzlaşa bilər...
Həbsxanada qiyam- 68 ölü
Venesuella həbsxanasında üsyan zamanı yanğın çıxdı: 68 nəfər öldü. Məlumata görə, Cənubi Amerika ölkələrindən olan Venesuellanın Valensia şəhərində bir həbsxanada çıxan üsyan zamanı yanğın baş verməsi nəticəsində ilk məlumatlara görə 68 nəfər ölüb, çox sayda adam da yaralanıb.
İtaliyada ƏMƏLİYYAT - Terrorçu Amri ilə əlaqədə olan 5 nəfər saxlanıldı
İtaliyada keçirilən əməliyyat nəticəsində Berlin terrorçusu Anis Amri ilə əlaqədə şübhəli bilinən 5 nəfər saxlanılıb. Məlumata görə, həmin şəxslərin saxlanılması üçün Romada, eləcə də Neapol və digər şəhərlərdə axtarışlar aparılıb. Saxlanılanlardan birinin A.Amriyə saxta sənəd düzəltməyə çalışmaqda ittiham olunduğu bildirilir.
Türkiyədə 150 tələbə zəhərləndi - Xəstəxanaya yerləşdirildi
Türkiyənin Bursa vilayətində Nilüfər rayonunda 150 tələbə xəstəxanaya yerləşdirilib. Buna səbəb tələbələrin zəhərlənməsi olub. Hazırda tələbələrin səhhəti normal qiymətləndirilir. Zəhərlənən tələbələrin hamısının Türkiyə vətəndaşları olduğu bildirilib.
Kemerovodakı yanğında xəsarət alanların sayı 79-a çatdı
Rusiyanın Kemerovo şəhərində baş verən dəhşətli yanğında xəsarət alanların sayı 79-a çatıb. Bu gün 12 nəfər xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan 67-ə ambulator yardım göstərilib.














