Həbsxanada qiyam- 68 ölü 

Venesuella həbsxanasında üsyan zamanı yanğın çıxdı: 68 nəfər öldü. Məlumata görə, Cənubi Amerika ölkələrindən olan Venesuellanın Valensia şəhərində bir həbsxanada çıxan üsyan zamanı yanğın baş verməsi nəticəsində ilk məlumatlara görə 68 nəfər ölüb, çox sayda adam da yaralanıb.

Polis bölməsinə bitişik olan həbsxana ərazisində yaxınları içərdə olan adamların qışqırıqları və fəryadları eşidilib. Ədliyyə Naziri Tarek Saab dünyasını dəyişənlərin 66-sının kişi, 2-sinin qadın olduğunu bildirib.

Hadisədə bir polis məmuru da silahla yaralanıb. Yanğında həyatını itirənlər arasında ziyarətçi məhkum yaxınları olduğu da güman edilir. Venesuela həbsxanaları insan haqları təşkilatları tərəfindən uzun müddətdir ki, nəzarət altındadır. Ölkədəki iqtisadi böhran və artan cinayətlər səbəbindən həbsxanalarda tutumundan artıq məhkum olduğu bildirilib. Bəzi həbsxanalarda tutumunun 5 qatı qədər məhkum qaldığı bildirilib. Metbuat.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31