İtaliyada ƏMƏLİYYAT - Terrorçu Amri ilə əlaqədə olan 5 nəfər saxlanıldı
İtaliyada keçirilən əməliyyat nəticəsində Berlin terrorçusu Anis Amri ilə əlaqədə şübhəli bilinən 5 nəfər saxlanılıb. Məlumata görə, həmin şəxslərin saxlanılması üçün Romada, eləcə də Neapol və digər şəhərlərdə axtarışlar aparılıb. Saxlanılanlardan birinin A.Amriyə saxta sənəd düzəltməyə çalışmaqda ittiham olunduğu bildirilir.
29 Mart 2018 11:21 Dünyaİtaliyada keçirilən əməliyyat nəticəsində Berlin terrorçusu Anis Amri ilə əlaqədə şübhəli bilinən 5 nəfər saxlanılıb. Məlumata görə, həmin şəxslərin saxlanılması üçün Romada, eləcə də Neapol və digər şəhərlərdə axtarışlar aparılıb. Saxlanılanlardan birinin A.Amriyə saxta sənəd düzəltməyə çalışmaqda ittiham olunduğu bildirilir.
Qeyd edək ki, A. Amrinin 2016-cı ilin dekabrında Berlinin mərkəzində yük maşınını yarmarkada camatın üzərinə sürməsi nəticəsində 12 nəfər ölmüş, 28 nəfər xəstəxanaya yerləşdirilmişdi. Trend.az