Dünya
Suriyada gərgin anlar: ABŞ və Rusiya qarşı-qarşıya
Suriyada ABŞ və Rusiyanın dəstəklədiyi silahlı qruplaşmaların toqquşmasının qarşısı son anda alınıb. Gərginliyə tərəflər arasındakı telefon danışığından sonra son qoyulub. Həftənin əvvəlində baş verən gərginliyin detallarını ABŞ-ın Müdafiə naziri Ceyms Mettis açıqlayıb. “Hadisə Fəratın şərqində Deyr əz-Zor bölgəsində baş verib. Rusiyanın dəstəklədiyi qüvvələr daha yaxın mövqe qazanmaq üçün hərəkətə keçmişdi”, - Mettis bildirib.
Rumıniya parlamenti Moldova ilə birləşmək haqqında Bəyannamə qəbul edib
Rumıniya parlamenti tarixdə Bessarabiya kimi tanınan bugünkü Moldova torpaqlarının Rumıniya ilə birləşməsinin 100-cü ildönümü münasibətilə Moldova Respublikası ilə birləşməyə dair niyyət Bəyannaməsi qəbul edib. "Bessarabiyanın ana vətən Rumıniya ilə 1918-ci il martın 27-də baş tutmuş birləşməsinin bayram edilməsi haqqında" Bəyannamədə deyilir ki, Rumıniya ilə birləşmək istəyən Moldova vətəndaşlarının bu arzusu tam legitimdir və Ruminiya dövləti, vətəndaşları da bu təşəbbüsü dəstəkləyir:
İsrail qırıcıları İran ərazisinə daxil olub
Bu ilin mart ayında İsrailin F-35 təyyarələri İran ərazisində əməliyyat keçirib. Məlumata görə, qırıcılar Suriya və İraq ərazisində kəşfiyyat uçuşları keçirərkən İranın ərazisinə daxil olub. İsrail KİV-ləri yazır ki, təyyarələr Bəndər-Abbas, İsfahan və Şirazda ehtimal olunan nüvə obyektləri üzərində uçuşlar keçirib.
Evdə qovğa uşağa necə təsir edir?
ABŞ-ın Vermont Universitetinin əməkdaşları ailə münaqişəsinin uşaqların psixikasına təsirini araşdırıb. Novator.az-ın məlumatına görə, psixoloqlar ailə münaqişəsinin uşaqda, xüsusən həssas uşaqda psixoloji travmaya səbəb olduğunu açıqlayıblar.
Ermənistan parlamenti Serj Sərkisyana ev və ömürlük pensiya ayırdı
Aprelin 9-da prezident səlahiyyətləri rəsmən başa çatacaq Serj Sərkisyanla bağlı Ermənistan parlamentində qapalı müzakirələr olub. Müzakirələrin yekununda S.Sərkisyanın eks-prezident kimi təminatı məsələlərinə baxılıb.
Rusiyanın əhalisi miqrant axınına baxmayaraq azalır
Rusiyada spirtli içkilərdən istifadə və uşaq ölümü halları azalsa da, ölkə əhalisinin sayı artmır, əksinə, azalır. Bu prosesdə ölkədə iqtisadi vəziyyətin pisləşməsi də rol oynayır.
Gürcüstan bu il 8 milyondan çox turist gözləyir
“2018-ci ildə Gürcüstana səfər edəcək əcnəbi ziyarətçilərin sayının 8 milyon nəfərdən çox olacağına əminəm”. Məlumata əsasən, bunu Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ölkənin Milli Turizm Administrasiyasının 2017-ci il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş tədbirdə deyib.
Rusiyada daha bir ticarət mərkəzində qorxulu anlar
Rusiyanın Kazan şəhərində “Siti-Moll” ticarət mərkəzindən 170 nəfər təxliyə olunub. Məlumata görə, buna ticarət mərkəzində yanğının başlaması səbəb olub.
Gürcüstan da geri qalmadı - Rusiya diplomatını ölkədən çıxardı
Gürcüstan bir Rusiya diplomatını ölkə ərazisindən çıxarıb. Bu addım Böyük Britaniyaya və digər Avropa ölkələrinə həmrəylik olaraq atılıb. Ölkədən çıxarılan diplomatın kimliyi barədə məlumat verilməyib.
Anadan amansız cinayət - 6 yaşlı qızına əvvəl zəhər verdi, sonra çəkiclə...
Ana 6 yaşlı qızını amansızcasına öldürdü. Ukraynanın Kosovskom vilayətində yaşayan və ciddi psixoloji problemləri olan 32 yaşlı qadın xəstəxanadan evə qayıtdıqdan sonra ilk dəfə qızı ilə tək qalıb. Həyat yoldaşı işə getdikdən sonra qızını öldürmək qərarına gələn qadın əvvəlcə qızından nə istədiyini soruşub. Uşağın süd istəməsinin ardından qadın südün içərisinə müxtəlif dərman preparatları qataraq əvvəlcə onu zəhərləmək qərarına gəlib. Daha sonra isə fikrindən daşınıb. Uşağa süd verən qadın amansız cinayətini reallaşdırmaq üçün çəkic götürərək qızın yanına gəlib.
İstanbulda antiterror əməliyyatı
Bu səhər İstanbul Baş Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi DHKP-C terror təşkilatına qarşı üğülü əməliyyat keçirib. Şəhərin üç rayonunda eyni zamanda aparılan əməliyyat nəticəsində 7 nəfər şəxs şübhəli qismində həbs edilib. Tutulanların təşkilatın mərkəzi komitəsilə gizli yazışma apardığı və təşkilata yeni üzvlərin cəlb etmələri müəyyən edilib. Olayla əlaqədar istintaq başladılıb.
Qıza təcavüz edənləri soyundurub küçələrdən keçirdilər - VİDEO
Hindistanın Arunaçal-Pradeş ştatındakı Yinkionq bölgəsindəki kəndlərdən birində 17 yaşlı qıza təcavüz etmiş iki kişiyə çox ağır cəza verilib. Kənd sakinləri bu kişiləri tutandan sonra möhkəm döyüblər, sonra da soyunduraraq küçələrdən keçiriblər.
Ankarada avtobus qəzaya uğradı: bir nəfər öldü, 21 yaralı var
Ankara əyalətinin Polatlı rayonunda kənd təsərrüfatı işçilərini daşıyan avtobusun qəzaya uğraması nəticəsində bir nəfər ölüb, 21 nəfər yaralanıb. Bunu Polatlı rayon icara başçısı Mahmut Nedim Tuncer bildirib. Onun sözlərinə görə, qəzanın baş verməsinə səbəb yağışdan sonra yolların sürüşkən olmasıdır.
Başı kəsilsə də sağ qaldı
Taillandda başının böyük bir hissəsi kəsilmiş toyuq on gündür ki, sağdı. Olaylar.az bildirir ki, ölkədə veteranlar belə durumun tez-tez təkrarlandığını bildirirlər. Başı kəsilib sağ qalan toyuğa baytarlıq klinikasında xüsusi qulluq olunur. Dilinin bir hissəsini hərəkət elətdirən toyuğa qidaları boğazı vaistəsilə verilir.














.jpg)