Dünya

Alimlər hərəkətdə olan insan üzərində tətbiq edilə bilən beyin skaneri yaradıblar

29 Mart 2018 18:35

Maqnitoensefaloqrafiya beynin elektrik aktivliyi vaxtı yaranan maqnit sahələrini yoxlamağa imkan verir. Bu metod real vaxt rejimində neyronların qarşılıqlı əlaqəsini qiymətləndirməyə imkan verir. Ancaq indiyədək yoxlama prosesinə ciddi məhdudiyyət qoyulurdu: pasiyent hərəkətsiz vəziyyətdə olmalıdır.

Fransada “3D” printerdə çap edilən ilk yaşayış evi istifadəyə verilib

29 Mart 2018 18:30

Fransa tarixində üçölçülü çap texnologiyası vasitəsilə yaradılan ilk yaşayış evi ölkənin qərbində yerləşən Nant şəhərində istifadəyə verilib.

“Facebook” fərdi məlumatların idarəetməsi sistemində dəyişikliklər elan edib

29 Mart 2018 18:25

“Facebook” sosial şəbəkəsində 50 milyon istifadəçinin fərdi məlumatının itkisi (bu, həm sosial şəbəkənin maliyyə vəziyyətinə, həm də Mark Zukerberqin nüfuzuna xələl gətirir) ilə əlaqədar davam edən qalmaqal fonunda sosial şəbəkənin nümayəndələri fərdi məlumatların idarəetmə sistemini istifadəçilər üçün daha aydın və əlçatan edəcək dəyişikliklər elan ediblər. Yeniliklərin təsviri “Facebook”un bloqunda dərc edilib.

İnformasiya təhlükəsizliyi texnologiyaları üçün qlobal xərclər 91,4 milyard dollara çatacaq

29 Mart 2018 18:20

“IDC” analitik şirkəti 2018-ci ildə dünyada informasiya təhlükəsizliyinin təmini üçün avadanlıq, proqram təminatı və servislər daxil olmaqla həllər üzrə xərclərin 10,2 faiz artaraq 91,4 milyard dollara çatacağını proqnozlaşdırır.

Binəli Yıldırım: "İŞİD və PKK bir sıra qüvvələrin "məhsul"udur"

29 Mart 2018 18:13

İŞİD, PKK, PYD və YPG terror təşkilatları bir sıra qüvvələrin "məhsul"u və layihəsidir. Məlumata görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım Bosniya və Herseqovinaya səfəri ərəfəsində bəyan edib.

Serbiya parlamenti təxliyə olundu - Partlayış təhlükəsi

29 Mart 2018 18:00

Serbiya parlamentində partlayış təhlükəsilə əlaqədar təxliyyə həyata keçirilib. Məlumatı hadisə yerindən TASS-ın müxbiri yayıb. Bildirilib ki, parlamentin binasının çıxışında əlində qumbara tutan naməlum kişi oradakıları hədələyib.

“ABŞ bunu edərsə...” – Moskvadan dünyaya çağırış kimi BƏYANAT

29 Mart 2018 17:45

Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitə sədrinin 1-ci müavini Vladimir Cabarov “Skripal işi” ilə əlaqədar Rusiyanın ABŞ-dakı aktivlərinin mümkün həbsini şərh edib.

Liderlər Pasxaya görə atəşkəs elan etdi

29 Mart 2018 17:32

Putin, Merkel, Makron və Poroşenko Pasxa münasibətilə atəşkəs bəyanatı veriblər. Bu barədə Kremldən informasiya yayılıb.

Zaxarovadan diplomatları çıxaran dövlətlərə CAVAB: "Adekvat tədbirlər görüləcək"

29 Mart 2018 17:31

Rusiya hökuməti diplomatlarını ölkədən çıxaran dövlətlərə qarşı adekvat tədbirlər görəcək. Bunu keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O bildirib ki, yaxın vaxtlarda rəsmi Moskva addımlar atacaq: "Bu əks tədbirlər yox, adekvat tədbirlər olacaq. Sürprizi qabaqcadan açıqlamaq olmaz. Yaxın vaxtlarda hamı Rusiyanın addımını görəcək".

“ABŞ-ın bu addımı Rusiyanı soymaqdır, quldurluqdur”

29 Mart 2018 17:29

ABŞ-da Rusiya aktivlərinin həbs edilməsi imkanları sadəcə beynəlxalq normalara zidd olan soyğundur. Bunu “RİA Novosti” agentliyinə açıqlamasında Rusiya Federasiya Şurasının Beynəlxalq Münasibətlər Komitəsinin sədr müavini Vladimir Cabarov söyləyib.

İraqda 2 yaşayış məntəqəsi PKK-dan azad edildi

29 Mart 2018 17:16

Türkiyə Silahlı Qüvvələri (SQ) İraqın şimalında iki yaşayış məntəqəsini PKK terrorçularından azad edib. Qoşunların həyata keçirdiyi əməliyyat nəticəsində Hakkari vilayəti ilə sərhəddə yerləşən Karukr və Kani Raş kəndləri azad edilib. Digər təfərrüatlar barədə məlumat verilmir.

Qərbdən açıq təhdid: Putinin planı alınmadı

29 Mart 2018 16:54

Vladimir Putinin siyasəti seçkidən sonra daha aydın və başadüşülən ola bilər. Bu iddia ilə İsveçin keçmiş xarici işlər naziri Karl Bildt çıxış edib. “Putin Rusiya iqtisadiyyatının indiki göstəricilərini Donbasda müharibəni bitirmədən və Qərblə yaxınlaşmadan yüksəldə bilməyəcək.

Dəhşətli yanğınla bağlı şok fakt: Zalın qapısı niyə bağlandı?

29 Mart 2018 16:53

Kemerovoda “Qış albalısı” ticarət mərkəzində baş verən dəhşətli yanğın zamanı kino zallarından birində izləyicilərdən biri qapını bağlayaraq içəridəkilərin ölümünə səbəb olub.

MİT-dən əməliyyat: 6 FETÖ-çu Türkiyəyə gətirildi

29 Mart 2018 16:49

Türkiyənin Milli İstehbarat Təşkilatı (MİT) FETÖ-PDY-nin (Paralel Dövlət) Balkan qanadına zərbə endirib. Bu barədə “Milliyyət” yazıb.Məlumata görə, keçirilən xüsusi  əməliyyat nəticəsində FETÖ-PDY-nin 6 üzvü Türkiyəyə gətirilib. 

Moskva savaşa hazırlaşır: Bu bölgəyə ordu yeridilir

29 Mart 2018 16:36

Rusiya Kosovanın şimal hissəsinə ordu yeridə bilər. Bu sözləri öz Feysbuk səhifəsində ukraynalı siyasi ekspert Vitali Portnikov paylaşıb.