Dünya
Avstraliyada hava şarının enişi zamanı 9 nəfər xəsarət alıb
Avstraliyada hava şarı sərt eniş edib, 9 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya müxtəlif diqnozlarla çatdırılıb. Hadisə Sindeyin Xanter-Uelli rayonunda baş verib.
Bosfor boğazı bağlandı
Bu gün səhər saatlarından başlayaraq Bosfor boğazı hərəkət üçün bağlanıb. Buna səbəb hazırda müşahidə edilən sıx dumandır. Belə ki, duman səbəbindən görüntü 25 metrə qədər azalıb.
Türkiyə səhəri qara xəbər ilə açdı: 5 şəhid, 7 yaralı
Türkiyə ordusu bu gün də şəhid verib. Haberler-in verdiyi son dəqiqə xəbərinə görə, Siirt vilayətinin Eruh mahalının yaxınlığındakı hərbi hissəyə PKK terrorçuları tərəfindən hücum edilib.
Dəhşətli yol qəzası: 5 nəfər diri-diri yandı
Meksikada 3 avtomobilin iştirakı ilə baş verən ağır yol qəzası nəticəsində 5 nəfər diri-diri yanıb. Yük, minik avtomobilləri və yolsuzluq maşını toqquşublar.
Rusiya agentinin qızından SON XƏBƏR
Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovnikı Sergey Skripalın qızı Yuliyanın şüuru yerinə gəlib və hazırda danışır. Bu haqda mənbələrə istinadən BBC telekanalı bildirib.
Yaddaşı yaxşılaşdıran çip yaradılıb
Cənubi Kaliforniya Universitetinin alimləri yaddaşı möhkəmləndirən çipi insan beyninə uğurla implantasiya etməyə müvəffəq olublar. Pentaqon tərəfindən maliyyələşdirilmiş müvafiq tədqiqat “Journal of Neural Engineering” nəşrində dərc edilib. Yeni tədqiqat zamanı alimlər tərəfindən layihələşdirilmiş xüsusi çip informasiyanın yadda saxlanması zamanı yaranan insan beyninin impulslarını “ələ keçirir”. Bundan sonra çip həmin impulsları gücləndirir, faktiki olaraq beyni təkrara məcbur etməklə yaddaşın işini yaxşılaşdırmağa kömək edir.
Tezliklə Marsda gəzmək mümkün olacaq...
“Sezen Aksu dünyaya hörümçək toru kimi yayılmış bir şəbəkəyə xidmət edir”
Məşhur ali məktəblərin heyrətamiz büdcəsi - Siyahı
Təyyarə hava limanı əməkdaşının ayağının üstündən keçdi
Bəslədiyi kərtənkələlər 42 yaşlı kişini yedi
Mahsun Kırmızıgül oğlunun filmində baş rola çəkilməyə razıdır
Aktyor, rejissor, müğənni Mahsun Kırmızıgül həyat yoldaşı Ece Binay və dostları ilə şam yeməyindən qayıdarkən görüntülənib.
Tanınmış reper həbs ediləcək
ABŞ-da tanınmış reper həbs təhlükəsi ilə üz-üzə qalıb. Məlumata görə, daha çox DMX ləqəbi ilə tanınan reper Erl Simmons 1,7 milyon dollar həcmində pulu vergidən yayındırdığına görə həbs ediləcək. Bu barədə Nyu-York məhkəməsi qərar verib.
Tırtıllı robot tikintidə fövqəladə halların qarşısını alacaq
"Doxel" şirkətinin mütəxəssisləri ucaldılan obyekti skan edərək inşaatçıları konstruksiyadakı pozuntular və qüsurlar barədə xəbərdar edəcək tırtıllı robot hazırlayıblar.














