Dünya
İtaliyada növbəti ƏMƏLİYYAT - Mərakeşli terrorçu saxlanıldı
İtaliyanın şimalındakı Pyemont vilayətində polisin keçirdiyi antiterror əməliyyatı nəticəsində daha bir nəfər saxlanılıb. Məlumata görə, Kuneo şəhərində 19 yaşlı mərakeşli İlyas Haduz saxlanılıb.
Türkiyə yeni silah hazırlayır: 19 milyard ayrıldı
Türkiyə 29 müdafiə layihəsinin reallaşdırılmasına 19 milyard Türkiyə lirəsi (4,8 milyard dollar) ayıracaq. Bu barədə qərar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən Müdafiə Sənayesi Komitəsinin iclasında qəbul edilib.
Çilidə təyyarə qəzası: 2 nəfər öldü
Çili Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub. Hadisə paytaxt Santyaqonun El-Boske kommunasında baş verib. T-35 Pillan tipli təlim təyyarəsi HHQ-nin məktəbi yaxınlığında yerə düşüb. Həlak olanların hər ikisi texniki işçilər olub.
Gizlincə əlavə arvad saxlayanlar cəzalandırılacaq... - Rəsmi
Xarkovda azərbaycanlı güllələnib
Ukraynanın Xarkov şəhərində azərbaycanlı güllələnib. Bu barədə RİA Novosti məlumat yayıb. Ukrayna Milli Polisinin Xarkov vilayəti üzrə idarəsinin mətbuat xidmətinin yaydığı məlumat deyilir ki, atışma Xarkovda restoranın qarşısında baş verib. Restorandan çıxan təxminən 10 nəfərə gözlənilmədən bir neçə nəfər atəş açıb. Nəticədə bir nəfər ölüb, bir nəfər yaralanıb. Faktla bağlı cinayət işi açılıb.
Türkmənistan prezidentinin oğlu deputat oldu
Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədovun oğlu Sərdar ölkə Məclisinə deputat seçilib. Prezidentin oğlu "Duşak" seçki dairəsindən namizədliyini irəli sürüb. Səsvermə martın 25-də keçirilib. Bu dairədən 30 316 seçici qeydiyyatdan keçib. Sərdar Berdiməhəmmədovun rəqibi 10 saylı təlim-tərbiyə müəssisəsinin direktor müavini Kaka Oqulceren Qurdov olub.
Rusiya da Ukrayna ilə hərbi razılaşmanı ləğv etdi
Rusiya Ukrayna ilə qarşılıqlı silah və hərbi texnika tədarükü haqqında hökumətlərarası razılaşmadan çıxıb. Bu barədə informasiyanı Rusiya Xarici İşlər Nazirliyi yayıb. Nazirlik bu qərarın martın 28-də verildiyini bildirib.
Bu toyuq internet ulduzuna çevrilib: 9 gündür başsız yaşayır Fotolar + Video
Bir həftədən artıqdır ki, başsız yaşayan toyuğun fotoşəkilləri sosial şəbəkələrdə və elektron mediada sensasiya yaratdı. Taylandın Muanq Ratçaburi bölgəsində çəkilmiş fotoşəkillər bütün dünyanı təəccübləndirir. Həmin şəkildə başsız bir toyuq, canlı görünür və ayaqda gəzir.
Türkiyədə avtomobil və mikroavtobus kanala düşdü: 8 ölü, 4 yaralı
Türkiyənin Bayburt bölgəsində avtomobil və mikroavtobusun su kanalına düşməsi nəticəsində 8 nəfər ölüb, 4 nəfər yaralanıb. Bunu Bayburt valisi Ali Hamza Pehlivan bildirib. İran dövlət nömrə nişanl maşın Bayburt-Gümüşhane avtomobil yolunun Aydıntepe yolayrıcında kanalizasiya suyu üçün nəzərdə tutulan və tikilməkdə olan kanallın düşüb. Maşındakılar İran vətəndaşları olub.
Ərli qadın İnstaqram-da tanış olduğu kişini evə çağırdı - Xəyanətini 3 yaşlı qızı üzə çıxardı - VİDEO
İstanbulun Üsküdar rayonunda işdən evə qayıdan kişi arvadını sevgilisi ilə yarıçılpaq vəziyyətdə tutub. Həyatının şokunu yaşayan ər bıçaqla arvadını sinəsindən yaralayıb, onun sevgilisini isə öldürüb.
Gündə 20 banan yeyən qız bir dəri, bir sümük qaldı - fotolar
Avstraliyada yaşayan Linn Raçlayf adlı qız internet fenomeninə çevrilib. 29 yaşlı qız yalnız banan yeməklə arıqladığı anları sosial media hesabında yerləşdirib. Şəkilləri böyük marağa səbəb olan Linn səhər, günorta və axşam da daxil olmaqla gün ərzində 20 ədəd banan yediyini bildirib.
Şoyqudan Suriya açıqlaması: Əzablar tezliklə bitəcək
Şərqi Qutada sakinlər yaxın günlərdə evlərinə dönməyə başlayacaq. Bunu Rusiya Müdafiə naziri Sergey Şoyqu deyib. "Orada artıq normal həyat başlayır, təmir olunmalı hər yer düzəldilir. İnsanların 7 il çəkdiyi əzablar tezliklə bitəcək.
Bu problem kürdlərsiz həll edilməyəcək - Lavrov
Suriyada böhranın həlli kürdlər olmadan mümkünsüzdür. Bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib. "Suriyalı kürdlərlə əlaqələrimiz İraq, İran, Türkiyə və digər ölkələrdə cəmiyyətin bir hissəsi kimi yaşayan kürdlərlə olduğu kimi dəyişmədi. Kürd xalqı olmadan bu bölgədə heç bir münaqişə həll olunmayacaq", - Lavrov söyləyib.
ABŞ ordusu Menbiçdən çəkildi – PKK şokda
Menbiçdə saxlanılan təxminən 2 minə yaxın ABŞ əsgərinin bir qismi ərazini tərk edərək Deyr əz-Zora çəkilib. Bu barədə “İxlas” agentliyi məlumat yayıb.
Səudiyyə Ərəbistanı şahzadəsindən müharibə ANONSU
Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman Əl Səud 10-15 ildən sonra İranla mümkün müharibədən danışıb.














