Dünya

Kosmosda Yeni Kəşf

30 Mart 2018 15:53

Astronomlar ilk dəfə qara materiyasız, işıq və enerjini əks etdirən qalaktika kəşf ediblər. Alimlərin fikrincə, yeni qalaktika Yer planetinin də daxil olduğu Süd yolu qalaktikasının yerləşdiyi fəza sisteminin fundamental hissəsidir. “NGC1052-DF2” yeni qalaktika kosmosda ulduz sisteminin formalaşmasını anlamaq üçün inqilab kimi qəbul oluna bilər. Yel Universitetinin astronomu Peter van Dokkum “Nature” jurnalında dərc olunan məqaləsində qeyd edib ki, bu kəşf alimlərin qara materiyasız qalaktikanın olmaması barədə fərziyyələrini alt-üst edəcək.

Ərdoğan: “Fransanın artıq terrordan şikayətlənməyə haqqı qalmayıb”

30 Mart 2018 15:42

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronun Suriya Demokratik Qüvvələrinin (SDQ) nümayəndə heyətini qəbul etməsinə sərt reaksiya verib.

UEFA-dan ŞOK QƏRAR: bundan sonra klublar...

30 Mart 2018 15:09

UEFA son illərdə tətbiq etdiyi, klubların maliyyə məsələlərini bir qaydaya salmasını nəzərdə tutan Ədalətli Maliyyə Oyunu (Finansal Fair Play) sisteminin ikinci versiyasını təqdim edəcək.

WhatsApp müşahidə proqramı Apple tərəfindən silindi

30 Mart 2018 14:57

Chatwhatch adlı proqram vasitəsiylə WhatsApp - da kimlərlə danışdığınız görünür. WhatsApp - ın istifadəçilərin online ya da ofline olub olmadıqlarını göstərən xüsusiyyətindən faydalanan proqram , yükləyən hər kəsin, yoldaşlarının WhatsApp - a nə vaxt girdiyini, hər gün saat neçədə yatdığını və hətta o an kimlərlə danışdığını təxmin edir. 

Yanlışlıqla edam hökmünə məruz qalan 8 günahsız insan 

30 Mart 2018 14:50

Günahkar bilinib edam olunan bir insana günahsız olduğunu öyrəndikdən sonra " bağışlayın" deyə bilərikmi; Bir insanın həyatına son qoyduqdan sonra peşman olub onu geri gətirə bilməzsiniz. Yanlışlıqla edam olunan və bir daha " bağışlayın " sözünü eşidə bilməyəcək 8 insanı sizlərə təqdim edirik:

Rusiyada daha bir ticarət mərkəzi boşaldıldı - Yenə yanğın

30 Mart 2018 14:31

Rusiyada daha bir ticarət mərkəzində təxliyə aparılıb.  Nijni Novqorod şəhərində "Sedmoye nebo" ticarət mərkəzində yanğın başlaması səbəbilə 750 nəfər təxliyə olunub.

Qarabağda partlayış: ölənlərin sayı artdı

30 Mart 2018 14:14

Ermənistan mina partlaması nəticəsində ölən xarici ölkə vətəndaşlarını gizlətməyə çalışır. Dağlıq Qarabağ ərazisində qeyri-qanuni fəaliyyət göstərən “Halo trast” təşkilatının əməkdaşlarının ölümü və yaralanması ilə nəticələnmiş hadisənin yeni təfərrüatları məlum olub. Belə ki, sosial şəbəkələrdə yayımlanmış məlumatlara əsasən, təşkilata məxsus avtomobildə ekipaj sayına uyğun olaraq 7 nəfərin olduğu üzə çıxıb.

İranda küləyin FƏSADLARI daha ağır oldu - 4 ölü

30 Mart 2018 14:06

İranda güclü külək fəsadlar törədib. Məlumata görə, hadisə İranın Urmiya və Bukan ərazilərində olub. Güclü küləyin sürəti saatda 70 kilometrə çatıb. Hadisə nəticəsində Urmiyada, Urmiya - Səlmas avtomobil yolu və Bukan şəhəri ərazisində 4 nəfər xəsarət alıb.

Ərdoğan: "Türkiyə Suriyanın digər rayonlarında da hərbi əməliyyatlar keçirməyə hazırdır"

30 Mart 2018 14:05

Türkiyə terror təşkilatları ilə mübarizə çərçivəsində Suriyanın digər rayonlarında da hərbi əməliyyatlar keçirməyə hazırdır. Məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O qeyd edib ki, Türkiyə qoşunları “Zeytun budağı” əməliyyatı çərçivəsində Mənbic rayonunda əməliyyatlar keçirir: “ABŞ Türkiyəyə YPG və PYD terrorçularının Mənbici tərk edəcəyini söz vermişdi, amma bu vədini tutmadı”.

Fahişələr küçəsi, çiy köftəcidə kuryer, inşaatlarda fəhlə, küçələrdə siqaret satıcısı… – İndi isə milyonlar sahibi və sevimlisi

30 Mart 2018 14:01

“Möcüzə”, “Günəşi gördüm”, “Nyu-Yorkda 5 minarə” kimi filmlərlə rejissor olaraq özünü doğruldan Mahsun Kırmızıgül etnik kimliyinə, sözlərinə, düşüncələrinə görə Türkiyənin ən çox müzakirə edilən məşhurlarından biridir.

Yayıma qoşulan tamaşaçının etirafı ŞOKA SALDI: Ərim mənimlə yox, qardaşı arvadı ilə... - VİDEO

30 Mart 2018 13:59

Beyaz TV-də "Hayatta Her Şey Var" proqramına zəng edən qadının əri və qaynının həyat yoldaşı ilə bağlı etirafları həm studiayadakıları, həm də televiziya qarşısındakı tamaşaçıları təəccübləndirib.

Yarıçılpaq Beyons əri ilə erotik rəqs etdi - VİDEO

30 Mart 2018 13:27

Müğənni Beyonsun bir gündə sürpriz şəkildə 14 mahnı və 17 video təqdim etdiyi artıq hər kəsə məlumdur. Müğənni Beyonsun bir gündə sürpriz şəkildə 14 mahnı və 17 video təqdim etdiyi artıq hər kəsə məlumdur. 

Bozdağdan Fransaya: "Türkiyənin hədəfi olacaqlar"

30 Mart 2018 13:01

Ümid edirik, Fransa belə qeyri-mötəbər addım atmaz. Bu sözləri Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ söyləyib. O, bildirib ki, Fransa terrorçulara yardım etsə, onlar da Türkiyənin hədəfi olacaqlar. "Türkiyəyə qarşı terrorçularla əməkdaşlıq edənlər, onlarla birlikdə Türkiyəyə hücum edənlər Türkiyənin hədəfi olacaqlar. Ümid edirik, Fransa belə qeyri-mötəbər addım atmaz.

Skripalın qızının səhhəti ilə bağlı yenilik

30 Mart 2018 12:45

Solsberi şəhərində zəhərlənən Rusiya Hərbi Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripalın qızı Yuliya Skripalın vəziyyəti sürətlə yaxşılaşır. Bu barədə “Skay Nyus” yazıb. Məlumata görə, ötən gün özünə gələn Yuliya Skripal artıq qida və maye qəbul etməyə başlayıb.