“Sezen Aksu dünyaya hörümçək toru kimi yayılmış bir şəbəkəyə xidmət edir”

 

Sezen Aksu Bodrum konsertində PKK bayrağı formasında hazırlanmış libas geyinib. 

Görəsən Türkiyənin Afrində "Zeytun budağı" əməliyyatını həyata keçiridyi bir dövrdə sənətçi bu addımıyla Türkiyə dövlətinə qarşımı çıxır? Maraqlıdır, Türk Cəza Qanunu bu haqda nə deyir? Türkiyə pop ulduzunu bu addımına görə hansısa cəza gözləyirmi? 

Moderator.az-ın suallarını siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Hilalov cavablandırıb.  F.Hilalov deyib ki, bu, Sezen Aksunun ilk addımı deyil, o, bundan əvvəl də belə addımlar atıb: 

"Sezen Aksunun məhz PKK bayrağı ilə təsadüfən deyil, bilərəkdən səhnəyə çıxmasına inanıram. Sezen Aksu bundan əvvəl də geyimi ilə olmasa da, ifadə etdiyi fikirləri və davranışları ilə istər kürd separatçılığı, istərsə də erməni məsələsində dövlətin yürütdüyü siyasətlə daban-dabana zidd mövqe nümayiş etdirib. Bəs bunun səbələri nədir? Fikrimcə, burada iki ana səbəb var: sosial psixoloji və siyasi: Sosial psixoloji mənada - hər ölkədə hər cəmiyyətdə müəyyən qrup insanlar olur ki, onlar ümumi qəbul edilmiş qaydalara bilərəkdən qarşı çıxırlar. Hakim olan nəzər nöqtəsinə zidd mövqe və bilinən həqiqətlərin inkarı onlara gündəmdə gəlmək və orada qalmaq imkanı verir". 

"Onlar bir növ belə məsələlərdə "ədabazlıq" edirlər. Cəfər Cabbarlarının "Sevil" əsərində Məmmədəli bəy obrazı var. Adam həmişə hamıya hər məsələdə qarşı çıxır. Sırf özünü ağıllı göstərmək üçün. Bu cür davranışlar fikrimcə o qəbildəndir. Amma əsas məsələ bu da deyil. Məncə əsas məsələ bu cür davaranışların siyasi tərəfidir. Bayaq qeyd etdiyim kimi Sezen Aksu daha əvvəl də erməni məsələsində Türkiyənin maraqlarına zidd şərhlər vermişdi. Açıq aşkar erməniləri müdafiə edərək səhnədə bir çox türk mahnısını ermənicə oxumuşdu. İndi isə separatçılara dəstək verir", - 

Hilalov əlavə edib. 

Politoloq daha sonra bildirib: 

"Çünki hazırda dünyanın bir çox ölkəsində olduğu kimi Türkiyədə də müəyyən bir zümrə var. Bu adamlar özlərinə neoliberallar desələr də, Rusiyada xalq arasında onlara həqarətlə "liberast", Türkiyədə isə "liboş" deyirlər - hər ikisi liberal sözündəndir. Türkiyədə də Rusiyada da, İranda da bu cür liboşlar özlərini "insan haqqlarının" nə bilim "vətəndaş cəmiyyətinin" qoruyucusu, "hüqüq müdafiəçisi" olaraq qələmə verirlər. Bəziləri şüurlu şəkildə maddi maraqlar qarşılığında bəziləri isə bilmədən şüursuz şəkildə Qərbdəki neoliberal, Sorosun maliyyələşdirdiyi və bütün dünyaya hörümçək toru kimi yayılmış bir şəbəkəyə xidmət edirlər". 

O əlavə edib ki, Türkiyə nümunəsində bu zümrənin başında hazırda həyatda olmayan Mehmet Ali Birand gəlirdi: 

"Rejissor Sinan Çetin, haqqında danışdığımız Sezen Aksu da bu qəbildən olan insanlardır. Bunlar üçün öz ölkələrinin maraqlarından daha çox yuxarıda qeyd etdiyimiz şəbəkənin maraqları daha vacibdir. Yadınızdadırsa, Amerikanın regionda ən sadiq adamlarından biri olaraq tanınan keçmiş baş nazir Əhməd Davudoğlunun canfəşənlığı ilə hələ 2007-ci ildə Türkiyə Ermənistan istiləşmə prosesi və protokolların imzalanması dövründə bunlar daha fəallaşmışdılar. Liboşlar yəni liberastlar əslində çox təhlükəli qüvvədirlər. Onları görmək tanımaq və ifşa etmək elə də asan deyil. İstənilən an guya dindar, millətçi, solcu ola bilərlər. Guya azlıqların (dini, etnik, cinsi) müdafiəsi kimi ilk baxışdan çox saf və xeyirxah bir yolun yolçusu kimi görünsələr də əsas məsələ Qərbdəki havadarlarının və sponsorlarının maraqlarına xidmət edərək, yaşadıqları ölkələrin suverenliyinə və maraqların zərər gətirirlər. Sezen Aksu haqqında bilinən bir başqa maraqlı fakt da onun atasının FETÖ hərəkatının sponsorlarından biri olması və özünün də kifayət qədər açıq-saçıq rahat geyim və həyat tərzinə baxmayaraq Soros və liberallarla sıx əlaqədə olan fəthullaçılar tərəfindən müdafiə olunmasıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31