Təyyarə hava limanı əməkdaşının ayağının üstündən keçdi
30 Mart 2018 06:28 SosialLondon Qatvik hava limanında qəribə hadisə baş verib.
Publika.az xəbər verir ki, "Rossiya" aviaşirkətinə məxsus A-319 təyyarəsi uçuşa hazırlaşarkən hava limanının əməkdaşının ayağının üstündən keçib.
Yerli mətbuatın yazdığına görə, aeroport işçisinin təyyarəyə belə yaxın məsafədə olmasının səbəbi məlum deyil.
Hadisə nəticəsində hava limanının əməkdaşı ağır xəsarət alıb və xəstəxanaya çatdırılıb. Maraqlıdır ki, bundan sonra təyyarədə də nasazlıqların olduğu müəyyənləşib və London - Sankt-Peterburq reysi gecikib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31