Tezliklə Marsda gəzmək mümkün olacaq...

Rus kosmonavt Aleksandr Lazutkin, "Belə düşünürəm ki, yaxın zamanda insanların Marsda gəzdiyini görəcəyik" deyib.

Rus dili və Mədəniyyəti  Mərkəzi ilə Utopiya jurnalı tərəfindən təşkil olunacaq Mir Kosmik Stansiyası konfransı səbəbilə Türkiyəyə gələn Lazutkin, Ankarada bir oteldə mətbuat konfransı təşkil edib.O, Mir Kosmik Stansiyasında 6 ay qaldığını və çox önəmli bir qəzadan qurtulan Kosmik Stansiyanı yenidən orbitə oturtmağı bacardığını söyləyib.Lazutkin kosmik stansiyaların texniki olaraq insanların kosmosda yaşamaq üçün imkanlar açdığını bildirərək," İnsan oğlu hal-hazırda Marsa gedəcək texnoloji imkana sahibdir, amma bir böyük problemimiz var, o da radiasiyadan qorunmaqdır" deyib.Lazutkin kosmosda olduğu 6 ayda dünyada yaşamağın daha maraqlı və gözəl olduğunu anladığını söyləyib. O, həm də kosmosda uzun müddət qalanların sümük və əzələlərinin tənbəlləşdiyini, bu səbəbdən sağlamlıq problemləri yaşadıqlarını, hətta tez-tez yeriyə bilmədiklərini və asan yaralandıqlarını da sözlərinə əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31