Dəhşətli yanğınla bağlı şok fakt: Zalın qapısı niyə bağlandı?

Kemerovoda “Qış albalısı” ticarət mərkəzində baş verən dəhşətli yanğın zamanı kino zallarından birində izləyicilərdən biri qapını bağlayaraq içəridəkilərin ölümünə səbəb olub.

Kemerovoda "Qış albalısı" ticarət mərkəzində baş verən dəhşətli yanğın zamanı kino zallarından birində izləyicilərdən biri qapını bağlayaraq içəridəkilərin ölümünə səbəb olub.

Axar.az xəbər verir ki, bu sözləri yanğın zamanı 3 uşağını, həyat yoldaşı və bacısını itirən Kemerovo sakini İqor Vostrikov deyib.

Vostrikovun sözlərinə görə, o ticarət mərkəzinin kamera-müşahidə sisteminin görüntülərinə baxmaq imkanı tapıb. O zaman bütün kino zallarında qapılar açıq vəziyyətdə olub.

"İnsanlar həqiqətən qaçdılar, yalnız bizimkilər qaldılar. Çünki uşaqlar üçün olan cizgi filmi nümayiş olunurdu, hamısı uşaqlar idi. Onlar gecikdilər. Onlar çıxışa çatanda dəhlizdə sıx, tamamilə keçilməz tüstü var idi. Hansısa bir kişi qapıları bağlamaq, boşluqları qapamaq və xilasediciləri gözləmək barədə qərar qəbul etdi. Ancaq sizə də məlum olduğu kimi, xilasedicilər gəlmədilər", - Vostrikov bildirib.

Vostrikovun sözlərinə görə, qapını bağlayaraq xilasediciləri gözləmək ideyasını verən şəxs sağ qalmağı bacarıb.

Xatırladaq ki, martın 25-də Kemerovo şəhərində yerləşən "Qış albalısı" ticarət mərkəzində baş verən yanğın zamanı 64 nəfər, o cümlədən 41 uşaq dünyasını dəyişib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31