Qıza təcavüz edənləri soyundurub küçələrdən keçirdilər - VİDEO
Hindistanın Arunaçal-Pradeş ştatındakı Yinkionq bölgəsindəki kəndlərdən birində 17 yaşlı qıza təcavüz etmiş iki kişiyə çox ağır cəza verilib. Kənd sakinləri bu kişiləri tutandan sonra möhkəm döyüblər, sonra da soyunduraraq küçələrdən keçiriblər.
29 Mart 2018 14:45 DünyaHindistanın Arunaçal-Pradeş ştatındakı Yinkionq bölgəsindəki kəndlərdən birində 17 yaşlı qıza təcavüz etmiş iki kişiyə çox ağır cəza verilib. Kənd sakinləri bu kişiləri tutandan sonra möhkəm döyüblər, sonra da soyunduraraq küçələrdən keçiriblər.
Daha sonra bu şəxslər polisə təhvil verilib. 17 yaşlı qıza 4 kişinin təcavüz etdiyini deyilir. Digər iki nəfərin axtarışlarına başlanıb. Polisdən verilən məlumata görə, Facebook-da 21 yaşlı gənclə ilə tanış olan qız onunla görüşməyə razılıq verib. Görüşə yollanan qızı həmin şəxs və onun 3 yoldaşı zorlayıblar.
Gecə saat 2-də qızı evinin yanındakı küçənin kənarına atan kişilər avtomobillə aradan çıxıblar. Qız ertəsi gün polisə şikayətlənib. Lakin həmin qızın ailə üzvləri və qohumları əxlaqsızların ikisini polisdən əvvəl tutublar. Milli.Az Daily Mail-ə istinadən xəbər verir.