Dünya
Rusiyada 22 mindən çox adam işıqsız qalıb - Qara görə
Rusiyanın Amur vilayətində 22 mindən çox adam işıqsız qalıb. Məlumata görə, bu barədə Rusiya Energetika Nazirliyi bildirib. Qeyd olunur ki, vilayət sakinlərinin elektrik enerjisiz qalmasına səbəb güclü qar yağması olub. Daha öncə 19 rayonda 34 minə yaxın sakinin işıqsız qalması barədə xəbər verilmişdi. Lakin səhər saatlarından başlayaraq qəza xidmətləri qar səbəbindən yaranmış problemlərin aradan qaldırılması istiqamətində çalışır.
Hande Yener silahlı hücuma məruz qaldı - SƏHNƏDƏ
Məşhur türkiyəli Hande Yener oğlu ilə birgə çıxdığı səhnədə silahlı qarşıdurma ilə üzləşib. Ortaköydə yerləşən Ricco Clubda oğlu Çağın Kulaçoğlu ilə birgə səhnəyə çıxan müğənninin proqramı səhərəyaxın bitib. Məkanın təhlükəsizlik qüvvələrinin etirazına baxmayaraq, məkana zorla daxil olan şəxs ətrafa atəş açıb.
Qaqarinin ölümünün ƏSL SƏBƏBİ - Təfərrüatlar məlum olub
Sovet kosmonavtı Yuri Qaqarinin ölümünün təfərrüatları məlum olub. Məlumata görə, Y.Qaqarinin həlak olduğu qəzanı araşdıran komissiyanın rəyinə görə, qəzaya dispetçerin səhvi səbəb olub.
“Siqnalizasiya söndürülüb, qapılar bağlanıb” - Dəhşətli yanğınla bağlı ŞOK AÇIQLAMA
Rusiyanın Kemerevo şəhərindəki "Qış albalısı" ticarət mərkəzində baş verən dəhşətli yanğınla bağlı saxlanılanlardan biri ilkin dindirmədə şok açıqlama verib.
Cütlük bir-birini qucaqlayıb özlərini qatarın altına atdı - Dəhşətli intihar
Metroda iki nəfər eyni anda intihar edib. İngiltərədə cütlük qatar platformaya yaxınlaşarkən bir-birini qucaqlayaraq özlərini qatarın altına atıblar. Dəhşətli intihar hadisəsi Doncaster stansiyasında baş verib.
Kim Çen In ABŞ və Cənubi Koreya liderləri ilə görüşməyə hazır olduğunu bəyan edib- VİDEO
Şimali Koreya lideri Kim Çen In Pekinə səfəri zamanı ABŞ və Cənubi Koreya ilə dialoq aparmağa və bu ölkələrin liderləri ilə görüşməyə hazır olduğu bəyan edib. Kim Çen Inın Çinə qeyri-rəsmi səfəri 25-28 mart tarixlərində baş tutub.
Kim Çen In Koreya yarımadasının nüvəsizləşdirilməsinə dair şərtləri açıqlayıb
Cənubi Koreya və ABŞ tərəfindən münasib şərait yaradılacağı təqdirdə KXDR Koreya yarımadasının nüvəsizləşdirilməsini həyata keçirəcək. Bunu Şimali Koreya lideri Kim Çen In Pekində Çin sədri Si Tszinpinlə şəxsi görüşü zamanı bildirib.
Pentaqon rəhbəri: “Rusiya Qərb ittifaqının birliyini pozmağa çalışır”
“Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və onun qızının zəhərlənməsi Rusiyanın Qərbin birliyini pozmaq cəhdlərinin davamıdır”. Bu sözləri ABŞ müdafiə naziri Ceyms Mettis deyib. O, bildirib ki, bu, Rusiyanın davamlı davranış tərzidir: “Onlar düşünürlər ki, bəzi şeylər edib, daha sonra bunu inkar edə bilərlər. Bununla onlar Qərb ittifaqının birliyini pozmağa çalışırlar”. C. Mettis qeyd edib ki, Rusiya ABŞ-ın strateji rəqibi olmağı seçib və bu səhvə görə iki dövlətin yaxın münasibətlər qurmaq cəhdləri geridə qalıb.
Ərdoğan: "Casus böhranı ilə əlaqədar Rusiyaya qarşı addım atmayacağıq"
"Bizim onlar kimi hərəkət etməyimiz müzakirə mövzusu deyil". Bu sözləri ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Sergey Skripal hadisəsi ilə bağlı Qərb ölkələri tərəfindən Rusiya diplomatlarının "arzuolunmaz şəxs" elan olunmasına münasibət bildirərkən deyib. Bolqarıstanın Varna şəhərində keçirilmiş Avropa İttifaqı-Türkiyə zirvəsindən qayıdan R. T. Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
Erməni döyüşçü gizlinləri açdı: "Madagiz postunda 29 ölü və 38 yaralı var idi"
Azərbyacan əsgərindən layiqli cavabını alan erməni döyüşçü dövlətindən yardım ala bilmir. 2016-cı ilin aprel döyüşlərində Azərbaycan əsgərindən layiqli cavabını alan erməni döyüşçüləri dövlətdən yardım ala bilməmələrindən gileylənirlər.
Daha bir ölkə Rusiyanı boykot etdi
İngiltərə ilə Rusiya arasında yaşanan “Skirpal işi” gərginliyi bu il Rusiyada keçiriləcək Dünya Çempionatına da mənfi təsirini göstərib. İslandiya 2018 Dünya Çempionatını diplomatik boykot edəcək. Bu barədə İslandiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirib ki, Salisburi şəhərində yaşanan faciə beynəlxalq hüquqları pozur və Avropadakı sülhə, təhülkəsizlyə təhdid xarakteri daşıyır. Həmçinin qeyd edilib ki, iki ölkə arasında bütün ali səviyyəli ikili dialoqlar müvəqqəqti olaraq təxirə salınıb.
Yaponiya Rusiyaya nota verdi: Dayandırın!
Rusiyanın İturup adalarında keçirdiyi hərbi təlimlə əlaqədar olaraq Yaponiya rəsmi Moskvaya öz etirazını bildirib. Bunu parlamentdə çıxışı zamanı Yaponiya Xarici İşlər naziri Taro Kono deyib. “Bu təlimlər Rusiyanın Kuril adalarında hərbi mövcudluğunun artırmasına imkan yaradır. Bu isə ölkəmizin bu adalarla bağlı mövqeyinə uyğun gəlmir”, – deyə o bildirib.
Myanmada yeni prezident seçildi - KİM?
Myanmada yeni prezident seçilib. Məlumata görə, yeni prezident ölkənin Aşağı Palatasının sabiq spikeri 66 yaşlı Vin Mint seçilib.
“Mehmetcik” 60 kilometr icəri girəcək – Ərdoğandan SON XƏBƏRDARLIQ
Çin kosmik stansiyasi Dağıstana düşə bilər
Çinin birinci kosmik stansiyası "Tyanqun-1" ("Səma sarayı-1") atmosferə daxil olaraq həftə ərzində yanacaq, onun qalıqları isə Yer planetinə düşə bilər. Məlumata görə, bu barədə Avropa Kosmik Agentliyindən xəbər verilib. Hazırda stansiya 200 kilometr hündürlükdə yerləşir, hər gün isə bu məsafə 4 km azalır. Onun düşməsi yaxın günlərdə daha da sürətlənə bilər. Gözlənilir ki, Yerə çatmağına 70 kilometr qalmış stansiya ikiyə bölünəcək.














