Bu iki məmurun intim görüntüləri yayıldı - Biri şəhərin meridir - FOTO

Bu iki məmurun intim görüntüləri yayıldı - Biri şəhərin meridir - FOTO

İranda iki dövlət qulluqçusunun intim görüntüləri yayılıb.

Olaylar.az  Dailymail-ə istinadla xəbər verir ki, görüntülər iranlı aktivistlər tərəfindən sosial şəbəkələrdə paylaşılıb. Aktivistlər özünü qatı islamçı kimi göstərən məmurların ikiüzlülüyünü sübut etmək üçün bu yola əl atıblar.

Videonun birincisi avqust ayının 4-də yayılıb. Videodakı şəxs Kohgiluyə və Boyer-Əhməd ostanı vilayətinin keçmiş qubernatoru Əli Məhəmməd Əhmədidir. Videoda onun kimliyi mətbuata açıqlanmayan şəxslə intim münasibətdə olması əks olunub.

İkinci video isə avqust ayının 9-da yayılıb. Bu videoda isə İranın Sadra vilayətinin meri Abbas Mələkzadənin qadınla yatması əks olunub.

FRANCE 24 Observers yazır ki, görüntülər onun korrupsiyaya görə saxlanılmasından 4 gün sonra sosial şəbəkələrdə yayılıb. İddialara görə, o, xarici kəşfiyyat dəstəsinin təklifini rədd etdiyinə görə videosu paylaşılıb.

Qeyd edək ki, İranda evlilikdən kənar intim münasibət qanunla qadağandır və bunun üçün ölüm hökmü nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31