Honkonqda etirazlar qadağan edildi
Honkonqda etirazlar qadağan edildi
30 Avqust 2019 15:40 DünyaHonkonq polisi şənbə günü hökumətə qarşı mitinq keçirilməsini qadağan edib.
Olaylar.az xəbər verir ki, bu məlumatı "Sous Çayn Morninq Post" qəzeti yayıb.
Qadağaya əsas səbəbin əhalinin təhlükəsizliyinin təminatı olduğu vurğulanıb.
Qeyd edək ki, Honkonqda uzun müddətdir etirazlar davam edir. Etirazlara səbəb yeni qəbul edilməsi nəzərdə tutulan ekstradisiya haqqında qanundur. Honkonq qanun müzakirəsini müvəqqəti dayandırsa da, etirazçılar qanun layihəsinin tam ləğvini tələb edirlər.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31