Rus hakerlər israilli generalın kompüterindəki məxfi məlumatları ələ keçirib
Rus hakerlər israilli generalın kompüterindəki məxfi məlumatları ələ keçirib
29 Avqust 2019 16:13 DünyaRus hakerlərin İsrail ordusunun keçmiş baş qərargah rəisi və ana müxalifət partiyasının sədri Mavi-Ağ İttifaqın lideri Benny Gantzın telefonuna və partiyaya məxsus kompüterlərə kiber hücum təşkil etdiyi iddia olunur.
Olaylar.az xəbər verir ki, İsrailin Kanal 12 televiziyasında yer alan xəbərə görə, rus kompüter piratları Gantzın da aralarında olduğu Mavi-Ağ İttifaqının bir çox aparıcı üzvlərinin telefonları və partiyanın kompüterlərinə haker hücumları təşkil ediblər.
Telekanalın xəbərinə görə, kiber hücum Mavi-Ağ İttifaqının xidmət aldığı CGI Group adlı xüsusi kəşfiyyat firması tərəfindən ortaya çıxarılıb.
Xəbərdə, Mavi-Ağ İttifaqının CGI Group ilə partiyaya aid məlumatları mətbuata sızan şəxs və ya şəxslərin tapılması üçün çalışdığı ancaq firmanın Rus hackerlerın, Gantz və bəzi əhəmiyyətli adları hacklediğini ortaya çıxardığı iddia edilib.
Xəbərin yayılmasından qısa bir müddət sonra Mavi-Ağ İttifaq sözügedən məlumatı yalanlayıb.
İttifaqdan bildiriblər ki, partiyanın CGI Groupa borcu var və şirkət pulun ödənilməsi üçün Mavi-Ağ İttifaq üzərində təzyiq yaratmaq məqsədilə bu iddianı ortaya atıb.
avropa.info