Daha bir sabiq nazir AKP-dən istefa verdi
Daha bir sabiq nazir AKP-dən istefa verdi
29 Avqust 2019 15:09 DünyaYeni partiya quracağı şayiələri gündəmdə olan Türkiyənin keçmiş xarici işlər və iqtisadiyyat naziri Əli Babacanın iqtidardakı Ədalət və İnkişaf Partiyasından (AKP) istefa verməsinin ardınca sabiq ədliyyə naziri Sadullah Ərginin də partiyadan istefa verdiyi bildirilir.
Sadullah Ərgin, Bəşir Atalay və Hüseyn Çeliklə birlikdə Babacanın payızda rəsmən qurması gözlənilən partiyanın mühüm adları arasında qeyd edilib.
Xatırladaq ki, AKP-nin qurucularından sabiq baş nazir müavini Əli Babacan partiyanın əməli ilə inandığı prinsiplər arasında dərin fərqlər yarandığını bildirərək, iyul ayında üzvlükdən istefa verdiyini açıqlamışdı.
Adı Babacanın yeni partiya işi ilə gündəmə gələn Nihat Ərgin, Hüseyn Çelik və Bəşir Atalayın da yaxın günlərdə istefa verəcəyi bildirilir. Babacana yaxın mənbələr AKP içərisində çox sayda deputatın da onlarla əlaqədə olduğunu və yeni quruluş içərisində yer almaq istədiklərini qeyd edir.
Eastnews.org