Zelenski bu şəxsi baş nazir təyin etmək istəyir - FOTO

Zelenski bu şəxsi baş nazir təyin etmək istəyir - FOTO

Ukrayna prezidenti Vladimir Zelenski ölkənin baş nazir postuna öz namizədini təqdim edib.
Olaylar.az xəbər verir ki, bu barədə "Ukrayna həqiqətləri" məlumat verib.
Məlumata görə, dövlət başçısı yeni baş nazir vəzifəsində Aleksey Qonçaruku görmək istədiyini bildirib.
Qeyd edək ki, A.Qonçaruk 2015-ci ildən etibarən "Effektiv Tənzimləmə Ofisi" müstəqil ekspert-analitik mərkəzinə rəhbərlik edir. Bundan əvvəl, o, baş nazirin birinci müavini Stepan Kubivin müşaviri və Arseniy Yatsenyuk hökumətində ekologiya naziri İqor Şevçenkonun sərbəst müşaviri vəzifələrində çalışıb. 2014-cü ildə isə "Xalqın Gücü" partiyasından Verxovna Rada seçkilərində iştirak etmiş və 0,1 faiz səs toplamışdır.
Xatırladaq ki, ötən gün Ukraynanın baş naziriVladimir Qroysman istefa verib.

Yeniavaz.com

Ukrayna baş prokuroru istefa verdi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31