Şimali Koreyanın raket sınaqları aranı qatdı – Üç ölkə bəyanat verdi

Şimali Koreyanın raket sınaqları aranı qatdı – Üç ölkə bəyanat verdi

Şimali Koreyanın ballistik raket sınağı Briyaniya, Fransa və Almaniyanın qınağına səbəb olub. 

Olaylar.az xəbər verir ki, Britaniya, Fransa və Almaniya BMT-nin siyasi məsələlər üzrə nümayəndəsi Rosmeri DiKarlo ilə onların xahişi əsasında Təhlükəsizlik Şurasının qapalı keçirilmiş iclasından sonra bəyanat açıqlayıb. 

Hər üç ölkə Şimali Koreyanın son həftələr ardıcıl olaraq ballistik raket sınaqları keçirməsindən narahat olduqlarını bildiriblər. ABŞ-ın müttəfiqləri  bunu BMT Təhlükəsizlik Şurasının bu kimi addımları qadağan edən qətnamələrinin pozulması kimi qiymətləndiriblər.

Təhlükəsizlik Şurasının üç avropalı üzvü Şimali Koreyanı ABŞ prezidenti Donald Trampın Kim Çen İn ilə iyunun 30-da iki Koreya arasında demilitarizasiya zonasında görüşü zamanı razılaşdıqları kimi ABŞ-la danışıqlara qatılmağa çağırıb.

Yenisabah.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31