Paşinyan və Lukaşenko Putinə görə bu ölkəyə getməkdən imtina etdilər

Paşinyan və Lukaşenko Putinə görə bu ölkəyə getməkdən imtina etdilər

Belarusiya Prezidenti Aleksandr Lukaşenko Polşada təşkil edilən və II Dünya Müharibəsinin başlanmasının 80 illiyinə həsr olunan tədbirə getməkdən imtina edib.
Olaylar.az  xəbər verir ki, buna səbəb Rusiya Prezidenti Vladimir Putinin həmin tədbirə dəvət olunmaması olub. Polşa KİV-lərinin verdiyi məlumata görə, Lukaşenko Putin ilə həmrəylik nümayiş etdirərək rəsmi Varşavanın dəvətini qəbul etməyib.
Nikola Paşinyana məxsus "Haykakan Jamanak" qəzetinin yazdığına görə,  Ermənistanın Baş naziri də Polşanın Krıniça şəhərində təçkil olunacaq 29-cu Beynəlxalq iqtisadi forumda iştirak etməkdən imtina edib. Nikola Paşinyanın Polşa səfərindən imtina etməsində Lukaşenko kimi Putin amilinin olduğu barədə məlumat verilməyib.
 
 
 yeniavaz.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31