Xanımını öldürən sabiq vitse-prezident sərbəst buraxıldı
Xanımını öldürən sabiq vitse-prezident sərbəst buraxıldı
29 Avqust 2019 13:33 DünyaHəyat yoldaşını öldürdüyü üçün edam cəzası alan İranın sabiq vitse-prezidenti və sabiq Tehran Bələdiyyə başçısı Məhəmməd Əli Nəcəf sərbəst buraxılıb.
Olaylar.az xəbər verir ki, bu barədə İran xəbər agentliyi "Fars" məlumat verib.
Məlumata görə, sabiq vitse-prezidentin vəkili Həmid Quderzi, zərərçəkmişin ailəsinin şikayəti geri götürməsinə görə M.Ə.Nəcəfin 1 milyard tümən (təxminən 238 min dolar) qarşılığında sərbəst buraxıldığını bildirib.
Qeyd edək ki, M.Ə.Nəcəf 28 may tarixində ikinci həyat yoldaşı Mitra Ostadı silahla vuraraq qətlə yetirib. Daha sonra o, könüllü olaraq polisə təslim olub və edam cəzasına məhkum edilib.
yeniavaz.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31