Sosial
Azərbaycanda terrorçu və terror təşkilatı anlayışları genişləndirilir
“Terorçuluqla mübarizə haqqında” qanuna dəyişiklik edilir. Məlumata görə, bununla bağlı qanunda göstərilmiş “terrorçu” və”terror təşkilatı” anlayışları genişləndirilir. Hazırki qanunvericiliyə əsasən, terrorçu — hər hansı bir formada terror fəaliyyətinin həyata keçirilməsində iştirak edən şəxsdir.
Nazirdən işsizlik müavinəti alanlara şad xəbər
"İşsizlikdən sığorta haqqında” qanun layihəsi Milli Məclisdə müzakirə olunur və bu il qəbul olunması nəzərdə tutulur. Həmin qanunun 2018-ci il yanvarın 1-də qüvvəyə minməsi planlaşdırılır”.
Dövlət Əmək Müfəttişliyi Xidməti əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair tədbir keçirib
Uşaqların həyat və sağlamlığına, onların mənəviyyatına təhlükə törədə biləcək fəaliyyətə cəlb edilmələri qanunla qadağandır və uşaq əməyinin istismarı hallarının aradan qaldırılması sahəsində ölkəmizdə fəal siyasət aparılır. Bu fikir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Bakının Nəsimi rayonundakı 211 saylı orta məktəbdə yuxarı sinif şagirdləri üçün “Uşaq əməyinin istismarı və məcburi əməyə cəlbetmə hallarına qarşı mübarizə” mövzusunda təşkil olunan maarifləndirmə tədbirində vurğulanıb.
AzTU-da hüquqşünaslarla görüş
İyunun 2-də Azad Həmkarlar İttifaqı Komitəsi (AHİK) ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Komitəsinin hüquq şöbəsinin aparıcı mütəxəssisləri Azərbaycan Texniki Universitetində (AzTU) tələbə və əməkdaşlarla görüşüblər.
UNEC-də tələbə rektor seçilib
UNEC-də növbəti tələbə rektor seçkiləri keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, açıq səsvermə yolu ilə keçirilən seçkilərin nəticələrinə əsasən, Maliyyə və mühasibat fakültəsinin III kurs tələbəsi Cabbar Hüseynov bir il ərzində universitetin növbəti tələbə rektoru olacaq. UNEC-in rektoru, professor Ədalət Muradov yeni tələbə rektoru universitet heyətinə təqdim edib.
İstidən necə qorunmalı?
Ölkə ərazisində havanın temperaturunun 32 dərəcəyədək yüksələcəyi bildirlir. Bu isə o anlama gəlir ki, havaların isinməsi ilə əlaqədar vətəndaşlar arasında günvurma və istivurma hallarının baş verməsi qaçılmazdır.
“EBSCO” məlumat bazasının növbəti seminarı
AMEA Mərkəzi Elmi Kitabxanası (MEK), AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsi, Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu və EBSCO nəşriyyatının təşkilatçılığı ilə “EBSCO məlumat xidmətlərinin tammətnli məlumat bazasında yerləşən elektron jurnallar və elektron kitablardan istifadə qaydaları” mövzusunda növbəti seminar keçirilib.
Naxçıvan MR-də səfərdə olan KİV rəhbərlərindən ibarət nümayəndə heyəti Ordubadda tarixi abidələrlə tanış olublar
Naxçıvan Muxtar Respublikasına səfər edən ölkənin aparıcı KİV rəhbərlərindən ibarət 20 nəfərlik nümayəndə heyəti bu gün Ordubad şəhərinə səfərdə olublar. Nümayəndə heyəti səfər çərçivəsində öncə Ordubad şəhərində Qeysəriyyə Tarix Diyarşunaslıq Muzeyində olublar.
Azərbaycan nümayəndə heyəti Beynəlxalq Əmək Konfransının 106-cı sessiyasında iştirak edəcək
İyunun 5-də İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Beynəlxalq Əmək Konfransının 106-cı sessiyası öz işinə başlayacaq.
Tələbə-jurnalistlərin təqdimatında Azərbaycan və ingilis dillərində həftəlik xəbərlər
Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin tələbələri universitetin Tədris-teleradio studiyasında “BDU TV Xəbərlər” adı altında universitetdə keçirilən tədbirlər, görüşlər, tələbələrin və müəllimlərin elmi müstəvidə qazandıqları nailiyyətlər barədə həftəlik xəbər buraxılışı hazırlayırlar. Universitetdən “Olaylar” – a bildirlib ki, artıq bir neçə aydır ki, Azərbaycan dilində təqdim edilən xəbərlərın ingilis dili buraxılışı hazırlanıb. Xəbər buraxılışı Jurnalistika fakültəsinin I kurs ingilisdilli qrupları tələbələrinin iştirakı ilə hazırlanıb və “Weekly news block" adı ilə təqdim olunub.
Qəbələdə iş yerində “kütləvi çıxarış” kampaniyası
İyunun 2-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Qəbələ konserv zavodunun çoxsaylı əmək kollektivi üçün birbaşa iş yerində, gündəlik iş prosesindən ayrılmadan növbəti çıxarış kampaniyası keçirilib. Komitədən verilən məlumata görə,müəssisədə çalışan vətəndaşlar birbaşa iş yerlərində evlərinin, həyətyanı torpaqlarının, pay torpaqlarının qeydiyyatına dair operativ xidmətlərlərdən yararlanıblar.
Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Nazirlikdən verilən məlumata görə, dərhal xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarmış və aidiyyati üzrə təhvil veriblər. Əməliyyat saat 11:05-də başa çatıb.
Qarabağ düzənliyində yeni qeydiyyata alınmış abidələrdə kəşfiyyat aparılır
“Qarabağ neolit-eneolit ekspedisiyası” 2017-ci il tədqiqat planına əsasən Qarabağ düzənliyində arxeoloji kəşfiyyat və yeni qeydiyyata alınmış neolit və eneolit dövrü abidələrində kəşfiyyat qazıntı işlərinə başlayıb.














