“EBSCO” məlumat bazasının növbəti seminarı

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK), AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsi, Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu və EBSCO nəşriyyatının təşkilatçılığı ilə “EBSCO məlumat xidmətlərinin tammətnli məlumat bazasında yerləşən elektron jurnallar və elektron kitablardan istifadə qaydaları” mövzusunda növbəti seminar keçirilib.

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK), AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsi, Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu və EBSCO nəşriyyatının təşkilatçılığı ilə "EBSCO məlumat xidmətlərinin tammətnli məlumat bazasında yerləşən elektron jurnallar və elektron kitablardan istifadə qaydaları" mövzusunda növbəti seminar keçirilib.

Kitabxanadan "Olaylar" - a bildirlib ki, Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun (AKİK) respublika üzrə koordinatoru Cəmilə Yusifova konsorsiumun fəaliyyətindən və "EBSCO" ilə əməkdaşlığından danışıb. Bildirib ki, AKİK-nin məqsədi üzvlər arasında informasiya mənbələrini bərabər paylamaq, əldə olunan elektron ehtiyatların miqdar və keyfiyyətini artırmaq, eləcə də üzvlərin sayını daim çoxaltmaqdır.

Daha sonra EBSCO-nun Azərbaycan Respublikası üzrə təmsilçisi İrina Kreyçarova slaydlı təqdimatla çıxış edib. ABŞ-ın nüfuzlu şirkətlərindən olan "EBSCO"nun qısa tarixindən danışan İ. Kreyçarova xatırladıb ki, şirkət aparıcı nəşriyyatların elmi resurslarının ən böyük əlaqələndiricisidir. EBSCO təkcə ABŞ və Avropada deyil, dünyanın müxtəlif yerlərində nəşr olunan sənədlərin elektron variantlarını ingilis, fransız, ispan, alman, italyan və s. dillərdə oxuculara təqdim edir. Ümumilikdə EBSCO məlumat bazası 20-yə yaxın mövzunu özündə birləşdirir. Təqdimatçı "EBSCO Discovery Service"in texnoloji xüsusiyyətlərini, bazanın axtarış sisteminin iş prinsiplərini nümayiş etdirib. Region ölkələrdən alim və tədqiqtaçıların "EBSCO" ilə əməkdaşlığından da danışan İ.Kreyçarova bildirib ki, Azərbaycanla region ölkələri arasında müqayisədə Qazaxıstan və Gürcüstandan olan istifadəçilər üstünlüyü ilə fərqlənir. Təmsilçi şəxsi qovluğun yaradılması, elektron kitabların axtarışı və yüklənməsi prosedurlarını da ətraflı izah edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31