AzTU-da hüquqşünaslarla görüş

İyunun 2-də Azad Həmkarlar İttifaqı Komitəsi (AHİK) ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Komitəsinin hüquq şöbəsinin aparıcı mütəxəssisləri Azərbaycan Texniki Universitetində (AzTU) tələbə və əməkdaşlarla görüşüblər.

İyunun 2-də Azad Həmkarlar İttifaqı Komitəsi (AHİK) ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Komitəsinin hüquq şöbəsinin aparıcı mütəxəssisləri Azərbaycan Texniki Universitetində (AzTU) tələbə və əməkdaşlarla görüşüblər. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, görüşdə hüquqşünaslar əvvəlcə AzTU-da aparılan monitorinq haqqında danışıblar. Bildirilib ki, AzTU-da işçilər arasında əmək müqavilələrinin bağlanması, iş rejiminin və əmək normalarının düzgün təşkili, işçilərin istirahət və məzuniyyət günlərinin Qanunvericiliyə uyğun verilməsi və dərs bölgüsü zamanı heç bir qanun pozuntusuna yol verilməyib. Daha sonra mütəxəssislər ATİAHİ Respublika Komitəsi ilə Təhsil Nazirliyi arasında bağlanmış Kollektiv Sazişdə nəzərdə tutulan qaydalarla iştirakçıları tanış ediblər. Qeyd olunub ki, sazişdə əsasən əmək hüquqlarının qorunması və əmək müqaviləsinin bağlanması şərtləri nəzərdə tutulub. Əgər bu şərtlər müəssisə tərəfindən pozularsa ATİAHİ öz həmkarlarını Təhsil Nazirliyi ilə bağlanlmış həmin müqavilə əsasında müdafiə edir. Kollektiv Sazişə əsasən bağlanmış kollektiv və əmək müqavilələrinin şərtlərinin yerinə yetirilməsinə müəssisələrin həmkarlar ittifaqı komitələri tərəfindən daimi nəzarətdə saxlanıldığını deyən hüquqşünaslar həmçinin marifləndirici görüşlərin mütəmadi keçiriləcəyini bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31