UNEC-də tələbə rektor seçilib
UNEC-də növbəti tələbə rektor seçkiləri keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, açıq səsvermə yolu ilə keçirilən seçkilərin nəticələrinə əsasən, Maliyyə və mühasibat fakültəsinin III kurs tələbəsi Cabbar Hüseynov bir il ərzində universitetin növbəti tələbə rektoru olacaq. UNEC-in rektoru, professor Ədalət Muradov yeni tələbə rektoru universitet heyətinə təqdim edib.
2 İyun 2017 15:23 SosialUNEC-də növbəti tələbə rektor seçkiləri keçirilib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, açıq səsvermə yolu ilə keçirilən seçkilərin nəticələrinə əsasən, Maliyyə və mühasibat fakültəsinin III kurs tələbəsi Cabbar Hüseynov bir il ərzində universitetin növbəti tələbə rektoru olacaq. UNEC-in rektoru, professor Ədalət Muradov yeni tələbə rektoru universitet heyətinə təqdim edib. Rektor bildirib ki, Azərbaycanda ilk dəfə olaraq UNEC-də tətbiq olunan tələbə rektor institutunun məqsədi tələbə özünüidarəetmə sisteminin yaradılması, şəffaf, səmərəli idarəetmə mexanizminin inkişafı, tələbələrlə universitet rəhbərliyi arasında əlaqələrin beynəlxalq təcrübə əsasında müəyyənləşməsidir. Ə.Muradov qeyd edib ki, tələbələr öz istək və tələblərini açıq surətdə ortaya qoya bilsinlər, tələbə dünyası ilə bağlı bütün məsuliyyəti öz üzərlərinə götürsünlər, tələbələrin intizam qaydaları belə onların təşəbbüsləri əsasında müəyyənləşsin və cəmiyyət kimi təşkilatlansınlar. Rektor fəaliyyət müddəti bitmiş tələbə rektor Şahin Həsənovun bir il ərzində gördüyü işləri yüksək dəyərləndirib və onunla çalışmaqdan məmnunluğunu ifadə edərək, tələbələrlə apardığı işləri təqdirəlayiq hesab edib.