Qəbələdə iş yerində “kütləvi çıxarış” kampaniyası

İyunun 2-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Qəbələ konserv zavodunun çoxsaylı əmək kollektivi üçün birbaşa iş yerində, gündəlik iş prosesindən ayrılmadan növbəti çıxarış kampaniyası keçirilib. Komitədən  verilən məlumata görə,müəssisədə çalışan vətəndaşlar birbaşa iş yerlərində evlərinin, həyətyanı torpaqlarının, pay torpaqlarının qeydiyyatına dair operativ xidmətlərlərdən yararlanıblar.

İyunun 2-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Qəbələ konserv zavodunun çoxsaylı əmək kollektivi üçün birbaşa iş yerində, gündəlik iş prosesindən ayrılmadan növbəti çıxarış kampaniyası keçirilib. Komitədən  verilən məlumata görə,müəssisədə çalışan vətəndaşlar birbaşa iş yerlərində evlərinin, həyətyanı torpaqlarının, pay torpaqlarının qeydiyyatına dair operativ xidmətlərlərdən yararlanıblar. Kampaniya zamanı 100-ə yaxın zavod işçisinə çıxarışlar verilib. Bunlardan 60-ı pay torpağına, 25-i həyətyanı torpaq sahəsinə, 15-i isə fərdi yaşayış evlərinə aid olub. Qeyd edilməlidir ki, çıxarışlar verilməmişdən öncə də komitə əməkdaşları tərəfindən bu müəssisədə mobil ofislər vasitəsilə yerindəcə ilkin sənədlər toplanıb. Komitənin mobil ofisləri vasitəsilə daşınmaz əmlakın qeydiyyatı prosesində texniki məsələlərin həlli, yerində baxış və mühəndislik işlərinin aparılması, daşınmaz əmlakın müayinəsi, ərazilərdə əmlakların texniki plan-ölçüləri və çöl-ölçmə işlərinin aparılması həyata keçirilib. Bununlada vətəndaşın xidmətə deyil xidmətin vətəndaşa çatdırılması prinsipi tam təmin olunub. Yəni sənədlərin qəbulu və hazır çıxarışların verilməsi işçilərin elə çalışdıqları müəssisələrdə yerinə yetirilib. Elə həmin gün tədbir çərçivəsində zavodda çalışan digər işçilərdən növbəti mərhələdə çıxarışla əvəz olunması üçün əvvəlki illərdə verilmiş aktlar, şəhadətnamələr, qeydiyyat vəsiqələri və digər mülkiyyət sənədləri qəbul edilib. Tədbir çərçivəsində əmlaklarını sənədləşdirmək istəyən bir qrup müəssisə işçisinə hüquqi yardım xidmətləri də göstərilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31