Tələbə-jurnalistlərin təqdimatında Azərbaycan və ingilis dillərində həftəlik xəbərlər
Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin tələbələri universitetin Tədris-teleradio studiyasında “BDU TV Xəbərlər” adı altında universitetdə keçirilən tədbirlər, görüşlər, tələbələrin və müəllimlərin elmi müstəvidə qazandıqları nailiyyətlər barədə həftəlik xəbər buraxılışı hazırlayırlar. Universitetdən “Olaylar” – a bildirlib ki, artıq bir neçə aydır ki, Azərbaycan dilində təqdim edilən xəbərlərın ingilis dili buraxılışı hazırlanıb. Xəbər buraxılışı Jurnalistika fakültəsinin I kurs ingilisdilli qrupları tələbələrinin iştirakı ilə hazırlanıb və “Weekly news block" adı ilə təqdim olunub.
2 İyun 2017 14:45 SosialBakı Dövlət Universiteti Jurnalistika fakültəsinin tələbələri universitetin Tədris-teleradio studiyasında "BDU TV Xəbərlər" adı altında universitetdə keçirilən tədbirlər, görüşlər, tələbələrin və müəllimlərin elmi müstəvidə qazandıqları nailiyyətlər barədə həftəlik xəbər buraxılışı hazırlayırlar. Universitetdən "Olaylar" - a bildirlib ki, artıq bir neçə aydır ki, Azərbaycan dilində təqdim edilən xəbərlərın ingilis dili buraxılışı hazırlanıb. Xəbər buraxılışı Jurnalistika fakültəsinin I kurs ingilisdilli qrupları tələbələrinin iştirakı ilə hazırlanıb və "Weekly news block" adı ilə təqdim olunub.
Tədris-teleradio studiyasında universitet xəbərləri ilə yanaşı, sosial çarxlar, sənədli filmlər, "Tələbə bileti", "Gələcəyin sədası" adlı verilişlər də hazırlanaraq Youtube kanalı və sosial şəbəkələr vasitəsi ilə yayımlanır. Verilişlər Tədris-teleradio studiyasının əməkdaşı Ramin Rzayevin rəhbərliyi və fakültə müəllimlərinin iştirakı ilə ərsəyə gəlir. Verilişlərdə aparıcı, müxbir, reportyor və operator olaraq jurnalistika fakültəsinin tələbələri iştirak edir və bütün bunlar tələbələrin praktik biliklərinin artırılmasında mühüm rol oynayır. Yaxın günlərdə xəbərlərin rus dilində yayımı da nəzərdə tutulur.