Sosial
Pərvin Abıyevanın efirdəki davası hamını şok etdi - video
“Maşın” realiti şousunun növbəti buraxılışında gərgin anlar yaşanıb. İştirakçılardan olan aktrisa Pərvin Abıyeva ilə müğənni Səidə Sultan arasında dava olub. Digər iştirakçı Cavad Rəcəbov səsvermə zamanı rejissor Kənan M.M.-i çıxaracağını söyləyib.
Bu il Azərbaycanda 9 bank filialı bağlanıb
Bu ilin yanvar-aprel aylarında banklara məxsus 9 filial bağlanıb. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistik məlumatlarda bildirilir ki, yanvar ayından mayın 1-dək bankların ümumilikdə 9 filialı fəaliyyətini dayandırıb.
AMEA-da Tvinninq layihəsi ilə bağlı görüş
AMEA-nın Rəyasət Heyətində “Ali təhsil sisteminin Avropa ali təhsil məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədi ilə Azərbyacan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi” layihəsinin məsul icraçıları ilə görüş keçirilib. Görüşdə qonaqları salamlayan AMEA-nın Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Tvinninq layihəsinin Azərbaycanda təhsilin Bolonya prosesi çərçivəsində Avropa təhsil məkanına inteqrasiyası baxımından böyük əhəmiyyət kəsb etdiyini və AMEA-nın bu layihəyə hərtərəfli dəstək göstərməyə hazır olduğunu bildirib.
“Millers Oils Ltd” şirkətinə AMEA ilə birgə istehsalatla məşğul olmaq hüququ verilib
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Birləşmiş Krallığın “Millers Oils Ltd” şirkətinin icraçı direktoru Ceyms Rian, şirkətin Biznesin inkişafı departamentinin rəhbəri Martin Qouf və şirkətin texniki işlər üzrə direktoru Martin Mann ilə görüşüb.
“Neft hasilatının biotexnalogiyası” adlı monoqrafiya
Azərbaycan Milli Elmlər Akademiyası Mikrobiologiya İnstitutunun Ekoloji mikrobiologiya laboratoriyasının müdiri, Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, professor Nəriman İsmayılovun “Neft hasilatının biotexnalogiyası “ kitabı Rusiyada çapdan çıxıb.
Sabahın havası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var.
Azərbaycanda 5,5 milyon nəfər tibbi müayinədən keçirilib, aşkarlanan xəstəliklər açıqlanıb
Ölkədə əhalinin tibbi profilaktik müayinəsi başa çatdırılıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əhalinin tibbi profilaktik müayinəsi 2017-ci ilin fevral ayının 15-də başlayıb, mayın 15-də bitib.
Nazir iş yerlərinə çıxış imkanlarının azalmasının səbəbini açıqlayıb
"Azərbaycanda əmək bazarına daxil olan əmək resursların çox artıb". Bunu əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov bildirib. Onun sözlərinə görə, 2003-cü ildən sonra ölkədə iqtisadi və sosial şəraitin yaxşılaşması nəticəsində yeni yaradılan ailələrin və doğulan uşaqların sayı kəskin artıb.
Nəsimi rayonunda Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbir keçirilib
1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən xüsusi tədbirlər planı hazırlanmış, keçiriləcək tədbirlərə daha çox uşağın cəlb olunması nəzərdə tutulmuşdur.
Millət vəkili: Vərəm xəstələri məcburi müalicəyə cəlb olunmalıdır
“Vərəm xəstələrinin məcburi dövlət hesabına müalicəyə cəlb edilməsi, əhalinin vərəmlə bağlı maarifləndirmə işlərinin surətləndirilməsi və vərəmli xəstələrin davamlı tibbi nəzarətdə saxlanılması ilə bağlı işlər surətlənməlidir”.
Əhalinin banklardakı əmanətlərinin məbləğini açıqlandı
Azərbaycanda fəaliyyət göstərən 32 bankın 30 aprel 2017-ci ilə cəmi aktivləri 30,779.2 milyon manat, cəmi öhdəlikləri 28,031.6 milyon manat təşkil edib. Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) verilən məlumata görə, sektorun balans kapitalı 2,747.6 milyon manatdır. Əhalinin əmanətləri 6,847.5 milyon manat həcmindədir. Bankların filiallarının sayı 560, şöbələrinin sayı 140, POS-terminalların sayı 2,493-dür. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,214 nəfər təşkil edir.
Rövnəq Abdullayev Özbəkistan nümayəndə heyətini qəbul edib
“Xəzər Neft və Qaz -2017” sərgi-konfransında iştirak etmək üçün Bakıya səfər etmiş “Özbəkneftqaz” şirkətinin İdarə Heyətinin sədri Alişer Sultanov SOCAR-ın baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev ilə görüşüb.
Təbii fəlakətin fəsadları aradan qaldırılır
Ötən gün axşam saatlarında yağan güclü yağış nəticəsində Bakı-Şamaxı avtomobil yolunun 80-ci km-lik ərazisinə, Ceyrankeçməz dərəsi adlanan hissəsinə dağlıq ərazilərdən gələn güclü sel suları özü ilə bərabər daş və palçıq qatı gətirərək yolun müvəqqəti bağlanmasına səbəb olub.
Namizədlərin test imtahanı iyunun 10-da keçiriləcək
Builki açıq müsabiqədə iştirak edən namizədlərlə test imtahanı Dövlət İmtahan Mərkəzi ilə birlikdə iyun ayının 10-da saat 10.00-da Bakı İdman Zalında (Bakı şəhəri, Neftçilər prospekti 26A ünvanında) şəffaf şəraitdə keçiriləcək. Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyasından verilən məlumata görə, qeydiyyatdan keçmiş namizədlər "İmtahana buraxılış vərəqəsi"ni 8-9 iyun tarixlərində saat 9-dan 18-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Ədliyyə Nazirliyinin inzibati binasından götürməlidirlər. Buraxılış rejiminin və yerləşdirilmənin təmin olunması üçün namizədlər imtahanın başlanmasına azı 1 saat qalmış gəlməli, buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər.
Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti İtaliyada tədqiqat səfərində
Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti İtaliyanın Liquriya və Toskana regionlarına tədqiqat səfəri çərçivəsində həmin ölkənin müxtəlif şəhərlərində bir neçə nüfuzlu təşkilat və mədəniyyət müəssisələri ilə görüşlər keçirib.














