Millət vəkili: Vərəm xəstələri məcburi müalicəyə cəlb olunmalıdır
“Vərəm xəstələrinin məcburi dövlət hesabına müalicəyə cəlb edilməsi, əhalinin vərəmlə bağlı maarifləndirmə işlərinin surətləndirilməsi və vərəmli xəstələrin davamlı tibbi nəzarətdə saxlanılması ilə bağlı işlər surətlənməlidir”.
2 İyun 2017 13:20 Sosial"Vərəm xəstələrinin məcburi dövlət hesabına müalicəyə cəlb edilməsi, əhalinin vərəmlə bağlı maarifləndirmə işlərinin surətləndirilməsi və vərəmli xəstələrin davamlı tibbi nəzarətdə saxlanılması ilə bağlı işlər surətlənməlidir". Bunu deyən millət vəkili Qənirə Paşayevanın sözlərinə görə, region sakinlərinin bu xəstəliklə bağlı bilgiləri kifayət qədər deyil: "Seçildiyim bölgədə bir ailəni ziyarət edirdim. Ata açıq vərəm xəstəsidir. Onunla bir otaqda bütün ailə yaşayır və davamlı təmasda idilər. Kiçik yaşlı nəvə onun çarpayısında düz yanında oturmuşdu. Deyirəm belə olmaz hamınız vərəmə yoluxa bilərsiniz. Görürəm heç bu barədə xəbərləri belə yoxdur. Bir neçə ay əvvəl isə dəhşətli bir hadisənin şahidi oldum. Əksər üzvləri vərəmə yoluxmuş bir ailəni ziyarət etdim. Ata vərəmdən əziyyət çəkirmiş, bu gün isə bütün ailə. Ailədə çalışacaq adam da yox idi. İndi düşünün həmin ailədəki uşaqlar məktəbə gedir və sabah nə olacaq kimsə bilmir. Ona görə vərəm xəstələrinin məcburi müalicə müəsisələrində dövlət hesabına müalicəyə cəlb edilməsi ilə yanaşı əhalinin bununla bağlı geniş maarifləndirilməsinə də ehtiyac var. İnsanlar bilmədirlər ki ailədə vərəm xəstəsi varsa, müalicəsini gecikdirmək olmaz, mütləq həkimə, bu sahədə tibb müəsisəsinə müraciət etmək lazımdır. Xəstəlik başqalarının yoluxa bilməsi üçün təhlükəli mərhələdədirsə insanların evdə həmin xəstə ilə, onun əşyaları ilə ünsiyyəti necə olmalıdır".