AMEA-da Tvinninq layihəsi ilə bağlı görüş

AMEA-nın Rəyasət Heyətində “Ali təhsil sisteminin Avropa ali təhsil məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədi ilə Azərbyacan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi” layihəsinin məsul icraçıları ilə görüş keçirilib. Görüşdə qonaqları salamlayan AMEA-nın Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Tvinninq layihəsinin Azərbaycanda təhsilin Bolonya prosesi çərçivəsində Avropa təhsil məkanına inteqrasiyası baxımından böyük əhəmiyyət kəsb etdiyini və AMEA-nın bu layihəyə hərtərəfli dəstək göstərməyə hazır olduğunu bildirib. 

AMEA-nın Rəyasət Heyətində "Ali təhsil sisteminin Avropa ali təhsil məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədi ilə Azərbyacan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi" layihəsinin məsul icraçıları ilə görüş keçirilib.
Görüşdə qonaqları salamlayan AMEA-nın Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Tvinninq layihəsinin Azərbaycanda təhsilin Bolonya prosesi çərçivəsində Avropa təhsil məkanına inteqrasiyası baxımından böyük əhəmiyyət kəsb etdiyini və AMEA-nın bu layihəyə hərtərəfli dəstək göstərməyə hazır olduğunu bildirib. 
Layihənin Rezident Tvinninq müşaviri Reijo Aholainen görüşdən məmnunluğunu bildirib və layihə çərçivəsində indiyədək görülmüş işlər barədə ətraflı məlumat verib. Müşavir həmçinin AMEA-nın təkliflərinin və  tövsiyələrinin layihə icraçıları üçün böyük maraq kəsb etdiyini qeyd edərək onları maraqlandıran məsələlərlə bağlı məlumat alıb.
Görüşdə Estoniya Respublikasının Ali və Peşə Təhsilində Keyfiyyətin Təminatı üzrə Agentliyini təmsil edən Heli Mattisen çıxış edərək Azərbaycanın yeni qəbul edilmiş, Elm Qanununda təsbit olunmuş "Tədqiqat universiteti" təsisatı ilə bağlı məlumat almaq istədiyini, bu universitetlərin hansı meyar və prinsiplərlə yaradılacağının onlar üçün maraq kəsb etdiyini bildirib.
Finlandiya Respublikasının Təhsilin Qiymətləndirilməsi Mərkəzini təmsil edən Helka Kekalainen Azərbaycanda elmin və təhsilin milli, Avropa və qlobal səviyyələrdə inkişafı ilə bağlı son illərdə həyata keçirilmiş islahatlarla maraqlanıb.
 AMEA-nın müxbir üzvü Əminağa Sadıqov qonaqları maraqlandıran sualların hər biri ilə bağlı ətraflı məlumatlandırdıqdan sonra Azərbaycanın ali təhsil sisteminin Avropa ali təhsil məkanının tələblərinə uyğunlaşdırılması istiqamətində görülən işlər və "Erasmus+" proqramı çərçivəsində həyata keçirilən "Nizami" layihəsi haqqında  danışıb. O, layihə çərçivəsində qarşıya qoyulan məqsədlərə müvafiq olaraq milli standartlara və təlimatlara uyğun  tövsiyələrin hazırlandığını qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31