“Neft hasilatının biotexnalogiyası” adlı monoqrafiya

Azərbaycan Milli Elmlər Akademiyası Mikrobiologiya İnstitutunun Ekoloji mikrobiologiya laboratoriyasının müdiri, Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, professor Nəriman İsmayılovun “Neft hasilatının biotexnalogiyası “ kitabı Rusiyada çapdan çıxıb.

Azərbaycan Milli Elmlər Akademiyası Mikrobiologiya İnstitutunun Ekoloji mikrobiologiya laboratoriyasının müdiri, Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, professor Nəriman İsmayılovun "Neft hasilatının biotexnalogiyası " kitabı Rusiyada çapdan çıxıb.

İnstitutdan "Olaylar" - a bildirlib ki, Moskva İNFRA-M 2017 nəşriyyatında çap edilən kitab 169 səhifədən ibarətdir.

Kitabda təhlil edilən əsas məsələ son illərdə insan fəaliyyətinin müxtəlif sahələrində gündən-günə daha da artmaqda olan biotexnalogiyanın tətbiqinə aid materiallar təhlil olunur. Yenicə işıq üzü görən bu kitabın da bu səbəbdən daha maraqla qarşılanacağını, böyük oxucu kütləsini özünə cəlb edəcəyini demək olar. Kitab ilk növbədə biotexnalogiyaların işlənib hazırlanması sahəsində çalışan həmçinin neft mütəxəssisləri üçün də nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31