Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti İtaliyada tədqiqat səfərində
Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti İtaliyanın Liquriya və Toskana regionlarına tədqiqat səfəri çərçivəsində həmin ölkənin müxtəlif şəhərlərində bir neçə nüfuzlu təşkilat və mədəniyyət müəssisələri ilə görüşlər keçirib.
2 İyun 2017 13:14 SosialMədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti İtaliyanın Liquriya və Toskana regionlarına tədqiqat səfəri çərçivəsində həmin ölkənin müxtəlif şəhərlərində bir neçə nüfuzlu təşkilat və mədəniyyət müəssisələri ilə görüşlər keçirib. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, səfər Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Mədəniyyət və Turizm Nazirliyinin İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi ilə birgə icra etdiyi "Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək" adlı Tvinninq layihəsi çərçivəsində baş tutub. Səfər mədəni landşaftla bağlı planlaşdırma, ərazi planlaşdırma qaydalarına transformasiya yolları, eləcə də yerli mədəniyyət müəssisələrinin idarə edilməsi, ənənəvi sənətkarlıq növlərinin tətbiqi, yerli memarlıq, yerli davamlı iqtisadi inkişafa töhfə verən digər mədəni məhsullar, regionlarda marketinq və brendinq üzrə İtaliya təcrübəsinin öyrənilməsini əhatə edib.