Namizədlərin test imtahanı iyunun 10-da keçiriləcək

Builki açıq müsabiqədə iştirak edən namizədlərlə test imtahanı Dövlət İmtahan Mərkəzi ilə birlikdə iyun ayının 10-da saat 10.00-da Bakı İdman Zalında (Bakı şəhəri, Neftçilər prospekti 26A ünvanında) şəffaf şəraitdə keçiriləcək. Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyasından verilən məlumata görə, qeydiyyatdan keçmiş namizədlər "İmtahana buraxılış vərəqəsi"ni 8-9 iyun tarixlərində saat 9-dan 18-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Ədliyyə Nazirliyinin inzibati binasından götürməlidirlər. Buraxılış rejiminin və yerləşdirilmənin təmin olunması üçün namizədlər imtahanın başlanmasına azı 1 saat qalmış gəlməli, buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər.

Builki açıq müsabiqədə iştirak edən namizədlərlə test imtahanı Dövlət İmtahan Mərkəzi ilə birlikdə iyun ayının 10-da saat 10.00-da Bakı İdman Zalında (Bakı şəhəri, Neftçilər prospekti 26A ünvanında) şəffaf şəraitdə keçiriləcək. Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyasından verilən məlumata görə, qeydiyyatdan keçmiş namizədlər "İmtahana buraxılış vərəqəsi"ni 8-9 iyun tarixlərində saat 9-dan 18-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Ədliyyə Nazirliyinin inzibati binasından götürməlidirlər. Buraxılış rejiminin və yerləşdirilmənin təmin olunması üçün namizədlər imtahanın başlanmasına azı 1 saat qalmış gəlməli, buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda namizəd imtahana buraxılmır. İmtahanın keçiriləcəyi yer üzrə naviqasiya məlumatları, həmçinin imtahana hazırlıqla bağlı "Yaddaş kitabçası" Nazirliyin internet səhifəsində, o cümlədən "Qulluğa qəbul" bölməsində və namizədlərin elektron kabinetlərində yerləşdirilmişdir, habelə bu sənədlər Nazirliyə və yerli ədliyyə qurumlarına (ünvanlar həmin internet səhifəsində göstərilmişdir) müraciət edənlərə təqdim olunur.

Xatırladırıq ki, qaydalara əsasən test imtahanının yekununa görə 55 və daha artıq bal toplamış namizədlər uğur qazanmış hesab olunur. Həmin namizədlərin zəruri sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş bütün tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbətə buraxılacaqlar. Əlavə məlumatları nazirliyin internet səhifəsindən, eləcə də (012) 538-01-62, (012) 537-05-90 nömrəli telefonlar vasitəsilə əldə etmək mümkündür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31